Menu

Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

13.11.2018, 12:18
Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə B.Babayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirini dəyişib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki. ittiham aktına əsasən, B.Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

İstintaq dövründə onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol