“Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”.
Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək:
“Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. Eyni zamanda, əlillik meyarları dəyişəcək. Çünki I, II, III qrup əlillik sovet vaxtından qalan anlayışdır. Bütün dünyada əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunur. Ona görə bu dəyişikliklər ediləcək ki, kimlərə müavinət ödənilsin. Məsələn, bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”.


Şərhlər
Cənab Nazir, əlillik meyarını dəyişmək lazım deyil, dəyişməyə meyl edirsənsə,birinci növbədə Şəki Məşğulluq Mərkəzinin direktoru,idman müəllimi olan Elçini dəyiş ?Heç bir iş görmədən müftə əmək haqqı alır və s...Dəyişməyi kadrdan başlamaq lazımdır,cənab Nazir ?
Hörmətli Nazir. Arzu edərdim ki,Sovet dövründən qalmış 1-ci,2-ci və 3-cülərə yox - o meyarlar, o müavinətlər,özünə qulluq qabiliyyətləri, unifikasiyalar, yardılacaq işci qrupun hər birinə və şəxsən Sizə qismət olaydı.
Hörmətli nazir!. Camaata iş yerləri açın!!! Əhalini işlə təmin edin!!! Əgər belə etsəniz onda Sizin nazirliyə ehtiyac qalmayacaq.
Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev yenə də səsli-küylü nöbəti məlumatı mətbuatda yaydı. O bunu çox sevir. Adam dəhşətə gəlir! onu demək istəyirəm ki,hörmətli nazir S.Babayeva 8 aydır ki,təqaütçi kimi ona yazdığım 6 məktub cavab verməyib. Daşdan səs çıxdı, onlardan səs çıxmadı.Mən, ümumiyyətlə, bilmək istərdim ki, Nazirdən ŞAD XƏBƏR əlilərin pensiyaları artırılacaq – YouTube məlumat yaymaqla nə demək istəyir?Cənab S.Babayevin əlilərin pensiyalarını artırmaq səlahiyyətləri varmı?Bu vəsaiti hardan alacaq? Bu nə deməkdir?Xahiş edirəm izah etsin.Nazir deyir ki, Məsələn, “bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”. Burda ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək, bu o deməkdir ki, korrupsiya üçün yeni mənbəy yaradılır!Hörmətli nazir düz deyir ki, bu çox böyük bir işdir! . Vallah ağlasığan və başadüşülən deyil…
Əlilliyin yarandığı səbəblərdən birincisi ordu sıralarında alınan xəsarətlərdir.Əgər meyarlar dəyişəcəksə,ilk növbədə hərbi xidmət pullu olmalıdır.Əsgərlə dövlət arasında müqavilə bağlanmalı,həm aylıq maaş alınmalı,həm də xidmət illərində qazanılan xəstəlik və alınmış hərbi travmaya görə avtomatik pensiya təyin olunmalıdır.Xarici ölkələrdə olduğu kimi hərbi xidmət müqabilində maaşlar çox böyük olur ki,əlillik baş verdikdə müqavilədə göstərilmiş faizlə pensiya təyin olunur.Dərəcələr isə nəzərə alınmır.
O KƏSLƏRƏ Kİ, XƏSTƏNİN-ƏLİLİN PULUNA GÖZ DİKİR, VƏTƏNUĞRUNDA QZİ-ƏLİL OLMUŞ ŞƏXSLƏRİN HƏR VƏHLƏ DÖVLƏT VERDİYİ PULU-PREZİDENTİN QAYĞISINA QARŞI NAXƏLƏF ÇIXIR!