Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Televiziyası (AzTV) tənqid olunub.
“Report” un xəbərinə görə, deputat Fazil Mustafa “AzTV iclaslardakı çıxışlardan niyə sitatlar vermir?” sualını ünvanlayıb.
O deyib ki, dövlət büdcəsi bir neçə gün müzakirə olunur, amma televiziyalar bunu bir saatlıq verilişin içərisində verirlər: “Heç olmaya büdcə müzakirəsini normal şəkildə təqdim edin ki, cəmiyyət görsün. Elə qələmə verilir ki, sanki Milli Məclisdə dövləti, insanları düşünən insan yoxdur... Burada fikirlər səsləndirilir, bunun təbliği lazımdır. İctimai Televiziya ümumiyyətlə, nəsə vermir. Onları da bu məsələyə qoşmaq lazımdır. AzTV bu yükü götürə bilmirsə, heç olmasa İctimai Televiziya reportajlar hazırlasın”.
Deputat Tahir Kərimli də bu məsələ ilə bağlı tənqidi fikirlər səsləndirib: “AzTV bizi yaxşı işıqlandırmır”.


Şərhlər
Milli Məclisdə insanları düşünənlər olması heç nəyi dəyişmir.Onların təklifinə baxan var?Məsələn Vahid Əhmədovun təkliflərinin hansı qəbul edilib?Son dəfə pensiya yaşı barədə çıxışı nə ilə nəticələndi? Danışıq xatirinə nəticəsiz danışıq kimə gərəkdir.İstər televiziyada verin.istər radioda,onsuz da nəticə indiki halda əvvəlcədən bəlli olduğundan bunun bir mənası yoxdur.Boşuna MM-də müzakirə açmaq heç nəyi dəyişmir.
Saəcə Azərbaycanda insanların həyatı ağır və mənasız edilib.