Menu

ABŞ hərbi təyyarələri İŞİD-i bombaladı

08.08.2014, 18:18
ABŞ hərbi təyyarələri İŞİD-i bombaladı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında “İslam Dövləti” (keçmiş “İraq Şam İslam Dövləti”) qüvvələrinə hava zərbələri endirməyə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Pentaqondan açıqlama verilib.

Açıqlamada bildirilib ki, İraqdakı ABŞ hərbi personalının olduğu yerin yaxınlığına top atəşi açılmasından sonra ABŞ hərbi təyyarələri əməliyyata başlayıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Barak Obama İraqda radikal islamçı silahlılara qarşı hava zərbələri endirə biləcəklərini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol