Azərbaycan tarixini nə qədər çək-çevirə salmaq olar? Adam utanır. Belə çıxır ki, tariximiz başdan-ayağa saxtalıq üzərində qurulub və milli mənsubiyyəti şübhə doğuran, qanı qarışıq şəxslər Azərbaycan adlanan məmləkətə hökmranlıq ediblər.
Təəssüf ki, bu biabırçı tendensiya son illər bizim öz araşdırmaçı (?) alimlərimiz tərəfindən daha böyük şövqlə müzakirə mövzusuna çevrilərək insanlarımızda tarixi şəxsiyyətlərimizə qarşı inamsızlıq və bir az da sərt ifadə etsəm, nifrət hissi aşılamaq məqsədi daşıyır.
Bu cür gərəksiz söhbətlər hətta ölkə telekanallarınadək gəlib çıxmışdır. Millətə dərs keçənləri başa düşmək olmur. İlin-günün bu vaxtında zərərli mühakimələr, "elmi" yanaşmalarla cəmiyyətin onsuz da çarmıxa çəkilən səbri ilə niyə oynayırsınız? Fikirlərimdə yanılmaq istərdim, lakin sapı özümüzdən baltaların tariximizi iki şaqqıya bölməsinə biganə qala bilmədim. Düşmənə bundan artıq "elmi" hədiyyəni bəxşiş etməyin adını tapa bilmirəm. Ermənilərin gecə-gündüz iddia etdikləri də budur ki, Azərbaycanın dürüst tarixi olmayıb və guya yazılanlar da bütünlüklə şişirtmələri, həqiqətdən kənar yalanları özündə ehtiva edir.
Məni bu qeydləri Ankarada xəstəxanada həyəcanla qələmə almağa vadar edən tətqiqatçı ədəbiyyatşünas alım kimi yaradıcılığına həmişə hörmətlə yanaşdığım və etibarlı oxucusu oldugum professor Nizaməddin Şəmsizadənin tarixin hansısa pas atmış arxivindən uydurma bir "sənədə" əsaslanaraq Şah İsmayıl Xətai haqda heç bir ölçüyə sığmayan iddia ilə çıxış etməsi oldu. Təpəmdən tüstü çıxardı. Əvvəlcə səhhətimə zəhər qatıb özümü narahat etmək istəmədim. Professorun Şah İsmayılın milliyyətini şübhə altına almasına sadəcə dözə bilmədim.

Xətainin həyat və yaradıcılığını azdan-çoxdan oxuyan və Səfəvi hökmdarının dövlət idarəçiliyindəki
fəaliyyətinə müəyyən dərəcədə bələd olan birisi kimi Nizaməddin müəllimin "tapıntılarını" ilk dəfə idi ki, eşidirdim. Sən demə, Xətai təmiz azərbaycanlı olmayıb, qanı qarışıq düşüb. Tədqiqatçı onun yunan qarışığı olduğunu irəli sürsə də, əslində erməniliyə işarə etdiyini hiss etmək çətinlik yaratmır. Alimin xətrinə dəyməsin, deyəsən, elə onun özü Şah İsmayıla nifrət edənlərin başında dururmuş!!!
Görün nə deyir:
- Xətai təmiz müsəlman deyildi, onun damarlarından xristian qanı axırdı...
Bununla kifayətlənməyən N.Şəmsizadə Səfəvi hökmdarını qəddar, intiqamçı, başkəsən, qaniçən kimi təqdim edərkən bundan rahatlıq tapdığını gizlətməyə çalışsa da, vurğularından hər şey çılpaqlığı ilə nəzərə çarpır.
Hələ yaxşı ki, Hitlerin Şah İsmayılın törəməsi olduğunu dilə gətirməyib. Tədqiqatçı Səfəvi hökmdarını dini dövlət ideologiyasına çevirməkdə də günahlandırıb. Burada müyyən həqiqət vardır. Lakin professorun bu məsələni xüsusi qabartması çox maraq doğurur. Tarixdə bundan daha təhlükəli dini cərəyanlar, xiristianlığın dövlət ideologiyası səviyyəsinə qaldırıldığı dövrlər də olub. Yəqin N.Şəmsizadə tarixin qaranlıq səhifələrində gömülmüş 4 qanlı Səlib müharibəsini xatırlamamış deyildir. Yürüşün kimlərin üzərinə tuşlandığı və haralara qədər gedib çıxdığı tarixin yaddaşından silinməyib. Birinci Xaç yürüşündə qərbi Avropa ölkələrinin orduları Yaxın Şərqdə Qüdsə, Fələstinə qədər gedib çıxmışdı...
Bu gün Azərbaycana olan basqılarda da oxşar motivləri - ərazilərimizin işğalında hansı dinin daşıyıcısı olan dövlətlərin rolunu və yardımını görə bilərik. Dinlərin müharibəsinin əsas bünövrəsi məhz Səlib yürüşlərindən sonra qoyulmuşdur. Ona görə də İslamın ideoloji səviyyəyə yüksədilməsində Şah İsmayılın hədəfə alınmasını ədalətsizlik hesab edirəm. Lakin bu məsələdə müəyyən mənfi meylləri tam inkar da edə bilmərik.
Ümumiyyətlə, Xətai dövrünün bəzi ziddiyyətli tərəfləri barədə danışa, hətta mübahisəli məqamlar üzərində dartışa da bilərik. Ancaq hörmətli Nizaməddin Şəmsizadənin Azərbaycan tarixinin böyük və şərəfli parçası olan Səfəvilər dövrünü və Şah İsmayılın özünü yerdən-yerə vurmasını heç bir halda qəbul edə bilmərik.
Eldar Sabiroğlu
Ankara - Yaşam xəstəxanası.
20 noyabr, saat 2.19

Şərhlər
Şah İsmayili tanımaq ücün onun vəsiyyətini göndərdiyi məktubları oxumaq yetərlidirki onun nece birisi olduğunu biləsən. Birini xatırladım bilmeyenlere yada bilib özünü ağıllı görsetmek isteyenlere.Şah İsmayil Sultan Selime sadiq göndərir sandıqda paltarlar olur birde nəcis olur Sultan buna cavab olaraq Qəşəng geyimlər birde dadli türk teamlarinnan göndərir birde bir yazi o yazidada Şah here öz yediyinnen geydiyinnen Hediye Eder yazilib. Bunu qisa lakonik yazdım utana utana hemde Tariximizin üz qarası.
Axırda AZƏRBAYCANDA təmiz bir AZƏRİ övladı taplmayacaq.
AGLINA GELENI GOP EDIB ÖZLERINI ÖVENLER,HÜNERLI OGULSUZSA PUL XERCLEYIN VATIKANIN ARXIVLERINDE CHÜRÜYEN HEQIQETLERI OXUYUN VE GÖRÜN KI,VATIKAN OSMANLININ AVROPA YÜRÜSHÜNÜN QARSHISINI NECE,HANSI YOLLA VE KIMLERIN VASITESIYLE ALDI.
Çox sağ ol Oğuz bəy.Digər millətlər qoz boyda şəxsiyyətlərini dağa döndərir,bizim alimi biəməllər dağ boyda şəxsiyyətlərimizi heçə.Bilmək olmur məqsədi nədir?Bunun bir adı var "ELMİ CƏSUSLUQ".Hər-halda bütün suallara nöqtə qoyduğunuza görə sizə bir daha təşəkkür edirəm.
Bunu anlayın artıq Türkiyədə hakimiyyətdə olan iqtidar siyasi islamı təmsil edir. Çağdaş dünyəvi Türk dövlətini etnik türk olmayanlar, islam adıynan yönəldir. Qısa desək insanların inamını istismar etməklə hakimiyyətə gəliblər. Bu səbəbdən onlar islam ümьətçılıyi (yəni yeni ocmanlıçılıq maskası altında) bayraq tutaraq Anadoluda etnik zəmində olan münaşıqəni ört-basdır etmək (yəni türk kürt yoxdur ümmət vardır) ümmətçılıyi gələcəkdə xəlifəliyi və şəriəti elan etmək arzusu ilə çalışırlar. Şah İsmayıla dinçi gözü ilə baxanlara bilməlidirlər ki, Şah İsmayılla Sultan Səlim arasında baş verən döyüşdən 504 il keçib. Şah İsmayıl savaşı uduzandan sonra Sultan Səlim misiri alıb və özünü islam xəlifəsi elan edib. Bundan sonra Osmanlı dövləti islam adıyanan üç qitəyə yol açıb və 404 il (1918 31 oktyabr Mudros müqaviləsini imzalayana kimi) islam adıynan höküm sürüb bu müddət ərzində məkkə mədinəniin sahibi olub. Axırda öz din qardaşı olan ərəblərin ingilislərlə bircə əməlləri nəticəsində Osmanlı islam xəyənatkarlığı nəticəsində müharibədə uduzub. Alçaldıcı Mudros müqaviləsindən sonra dünənki islam qardaşları hərəsi özünə dövlət qurmuşdu. Anadoluda isə Müstafa Kamal paşa (sonradan türk milləti öz rəhbərinə Atatürk adı vermişdi) öndərliyində azadlıq hərəkatı başladılmış və 1923-cü ildə dünyada göytürklərdən sonra Türk milləti adına Türkiyə Cumhuriyyəti (qisa adı Türkəyiyə)qurulmuşdu. İndi isə Türkiyədə hakimyətdə olanlar yeni osmançılıq adıynan Türk kimliyinə qarşı düşmənçilik edir və ümmətçiliyi irəli sürürlər. Bu gədaların çoxu TC sayəsində oxuyub savad alıb siyasətə yönəliblər. Osmanlı olsaydı heç bir qotur eşşəyində sahibi ola bilməzdilər. Anadoluda əsən ümmətçilik xəstəliyi Azərbaycanda da özünə yol açmaqdadır. Bunu hər yerdə görmək olur, Azərbaycanda yayılan sələfi, vəhabiliyində köçündə Türkiyədəki islamçılar durur.
Şah İsmayıl 19-cu əsrin sonu 20-ci əsrin başında millətləşmə və çağdaşlaşma baş verildiyi dövürdə (yəni hamının molladan sonra oxuma başladığı dövrdə) millətlərin öz dilinə sahib çıxan vaxtı danışdığımız türkçənin məşhur ozanı olması müəyyən edilmişdi. Şah İsmayıl Səfəvi dövlətinin qurucusu olsada Ağqoyunlu dövlətinin Vəliyhəti idi, dayısı Rüstəm Ağqoyunlu dövlətinin başçısı idi. Onu döyüşdə məğlub edərək hakimiyyəti ələ almışdı. Bəs Ağqoyunlu dövlətinin ərazisi harda idi, (bu günki şərqi anadolu) dövlətinin Baş kəndi indi kürtlərin yiyələndiyi Diyarbəkir idi. Əhalisinin çoxuda oğuzun bayandır boyuna məxsus idi. Buralar dönəmin Osmanlı dövlətinin ərazisi deyildi. Ağqoyunlu Rüstəmin bir atabəyi vardı kürt olan idrisi bitlisi şeytanı. İki qardaş davasından istifadə etməklə Sultan Səlimin islamın (Sünnü Hənəfi) anlayışını istifadə etməklə bunları qızılbaşları öldürün sıxışdırın adıynan türkləri şərqi anadoludan çıxartdılar. Yerinə indirisi bitlisi şeytanı mesopatamiyadan (indiki halda irak və suriyanın ərazindən) kürtləri gətirərək yerləşdirdi (hansı ki indi pkk adıynan türklərin başına bəla olublar). Şah İsmayıl Xətayi qızılbaşdı şiyəliyə heç bir adiyyəti yoxdur (yəni onlar saz çalmaqla səmah (indi yallı rəqsi) oynamaqla) ibadət edirdilər, bugünki iranda (1935-dən belə adlanır) şiyəliyin tam oturuşması Şah İsmayılın nəticəsi olan şah Abbas dövründə baş vermişdi. Yəni demək istəyirəm ki, 404 il islam adıynan höküm et sonra uduz, sonra 1514-cü ilə qayıt hamını günahlandır.
Türkiyədə ümətçiliyin təməlində kürtlərin hüdapar partiyası durur, bunlarda ümətçiliknən Türk dövlətinə yiyələnmək istəyirlər(əvvəl bunların adı hizbullah idi, livandakı hizbullahla qarışdırmayın). Butün caamat və təriqətlərin heç biri etnik türk deyil, ən məhşuru Feto idi oda erzurumlu bir kürtdü. Anadoluda bugünki Şah İsmayıl davasının köçündə türklə düşmənçilik durur. Çünki elim bilim subut edir ki, insanların böyükləri dünyasını dəyişəndə evladlarına dilini miras edib gedirlər. Burdanda bir deyiş yada düşür millət dili ilə yaşar! Şah ismayılın 500 sənə qabaq yazdığı şeirləri günümüzün türkçəsi ilə tam analaşılır. Yəni O dindən əvvəl türk irqinə aiddir!
Bir onu bilirəm ki Çaldıran döyüşündəki qardaş müharibəsindən sonra avropada 3 gün bayram ediblər.
Maraqlı cəhət budur ki,tarixçilər adi bir həqiqəti dərk etmək istəmirlər.-Çaldıran döyüşü harada baş verib?1514-cü ildə bu qanlı savaş 300 km Səfəvi ərazisində baş verib.Yəni,Sultan Səlim Şah İsmayıla hücum edib.
Hörmətli Elxan bəy,orta əsrlərdə dini əqidəyə söykənməyən dövlət ola bilməzdi və heç bir vaxt olmayıb.Şah İsmayılın qurduğu Səfəvi dövlətində 73 əmirlikdən 72-si türk idi.Dövlət dili türk dili idi.Osmanlıda yüksək vəzifələrdə türk milləti təmsil olunmurdu.Rəsmi dövlət dili ərəb və fars dili idi.Görün Şah İsmayıl gələcək nəsillərə necə müraciət edir.Ey Türk Oğulları!Dilinizin bir sözünü dünyanın heç bir dilinə,bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişməyin.Onu qoruyun və gələcək nəsillərə ötürün.
Sizinlə qismən razıyam. Ümumiyyətlə həmin dövrün prizmasından tarixi-şəraiti araşdırıb qiymət vermək daha doğru olar. Lakin bir həqiqət aksiomadır ki qardaş qardaşa hucum edib qardaş qanı tökürsə burada sözün qurtardığı yer... Özüdə dini dövlət yaradıb adını İslam şiə dövləti qoyaraq qardaş sünni İslam dövlətinə qarşı vuruşub...
Əgər bu gün ki,Azərbaycan tarixi təhrif edilirsə mən Nizaməddinə heç nə deyə bilmirəm.
...Nizaməddin bəy bütün milləti təhqir edir-ona cavab verən tapılmır.
Şah İsmalı öyrənmək üçün, Nadir şahı dərindən öyrənmək lazımdır.Bir də qaldı E.Sabir oğluna, o nə üçün "deputat" və tarix İstitutunun direktoru,"tarixçi alim" Yaqub Mahmudovun 1918-1920-çi illər üçün yazmış olduğu ensklopediyasını niyə tənqid etmir....Heyif Rüfətdən.Allah onun yolunu açıq etsin-Amin!
Şah İsmayıl və Səfəvi dövləti necə türk və türk dövləti ola bilər ki,ismayıl bütün hakimiyyəti dövründə yalnız türklərlə vuruşub.İsmayıl Azərbaycana sağalmaz bir xəstəlik, məzhəb xəstəliyi gətirib.Türk dünyasının birliyindən qorxan fars şovinizmi öz vəssalı İsmayılın əli ilə ortaya məzhəb fərqliliyi saldı və bu fərqlilik türklərlərlə farsmotorlu azərbaycanlılar arasında bu gün düşmənçilik səviyyəsinə çatıb
Görünür Siz də...! başqa sözüm yoxdur!
Hörmətli Sabir müəllim mən də sizə cansağlığı arzu edirəm,yazınıza görə də həddindən artıqtəşəkkqr edirəm. Azərbaycanımızın içərisində olan düşmənlərinin fəaliyyəti bəlkə də ermənilərin fəaliyyətindən artıqdır. erməni köpəkoğlu heç o barədə ağlına fikir də gəlməz a..... Azərbaycanın çörəyini yeyib arxadan balta vurand. Dövlətin aid orqanları yəqin ki öz sğzkərin deyəcəklər. Azərbaycanın çörəyi onun burnundan gəlsin...
"Professor" gundeme gelmek ucun en elveriwli variantdan istifade edirde de. Secdiyi movzu ve unvan sahibi onu ne mehkemeye verecek ne de yazdiqlarina etiraz ede bilecek. "Professor" imkan varsa dirilerin qani barede bir iki kelme erz ele, o qeder məmurun qani qariwiqdır.... Tak cto gor neynirsen!
1990-CI İLDƏ GÖRKƏMLİ ALİMİMİZ ZİYA BÜNYADOVLA TELQRAFIN BİNASINDA RABİTƏCİLƏRİN GÖRÜŞÜNDƏ ONA BELƏ SUALLA MÜRACİƏT ETDİM.
1)ŞAH İSMAYIL AZƏRBAYCAN DİLİNİ DÖVLƏT DİLİ ELAN EDİBMİ VƏ ONUN AZƏRBAYCAN TARİXİNDƏ ROLU NƏDİR.
RƏHMƏTLİK ZİYA MÜƏLLİM BU SUALI EŞİDƏNDƏ ƏSƏBİNİ SAXLAYA BİLMƏYƏRƏK DEDİ Kİ,KİM DEYİR YALAN DEYİR ONUN AZƏRBAYCAN DİLİNİN DÖVLƏT DİLİ ETMƏSİ YALANDIR,BELƏ SƏNƏD VARSA ORTAYA QOYSUNLAR.ONUN MÜSƏLMAN DÜNYASINA VURDUĞU DƏHŞƏTLİ ZƏRBƏNİN ACISINI BU GÜN DƏ CƏKİRİK.
Keçən il gənc yazarların şer müsabiqəsi keçirilirdi.Bir çox tanınmışlar, eləcə də bu Nizaməddin münsiflər heyətində oturmuşdu.Ətrafdakı həmkarlarından fərqli olaraq bu adam elə imansızlıqlar edirdi ki, adam odlanırdı.O,istedadlı gəncləri hədəfə almışdı.Elə bil kiminsə əmrini yerinə yetirirdi. Ən parlaq şer müəlliflərini aşağılayır,sanki əlinə dəyənək götürərək onları ədəbiyyatdan qovmaq istəyirdi.MƏN ÖZÜM ONUN TÜRK VƏ MÜSƏLMAN OLDUÖUNA ŞÜBHƏ EDİRƏM. DƏQİQ BİLİRƏM Kİ, ONUN İMANI YOXDUR!!!
Alimi elmindəki qüsurlarla tənqid etmək olar,"bir şiş kababa görə....." elmə nə dəxli var.Avropanın və dünyanın tarixini ciddi dəyişəcək Osmanlının Vyana yürüşünü zəiflədən və ona arxadan zərbə vuran ismayıl barədə necə qəhramandır demək olar.ismayılın Roma Papasına yazdığı məktubları oxumağı tövsiyə edirəm.Öz tacını qoruya bilməyən şah barədə nə demək olar.
Nizameddin bashini ... Shah ismayilin anasi mence Uzun Hesenin qizi olub. Uzun Hesenin arvadi ise Trabsund hokumdarinin qizi olub. Shah Ismayil haqqinda gorunur bunu hec bir tesevuru yoxdur. O dini teriqetin davamcisi olub ki, Islam pegemberinin olumunden sonra Ehli beyite zulumler olub. Hemin ehli beyitin davamcisi ve idiologiyasinin bashinda durub Seveviler. Mence Nizamedin getsin hec kime lazim olmayan teriflerini yazsin. Indide Shah Ismayil qalmishdi onunda tenqidcisi bu oldu...
Hörmətli Sabir müəllim sizə cansağlığı arzu edir,yazınıza görə təşəkkürümi bildirirəm.Bu gün Azərbaycan tarixinə qarşı "səlib yürüşü" elan edənlər az deyil.Mən Nizaməddin müəllimi bir dəfə açıq mükaliməyə dəvət etdim-cavab olmadı.Döğru vurğulayırsınız ki,bu düşmənə "elmi"hədiyyədir.Mən Şah İsmayıla,N.Nərimanova,S.Vurğuna M.C.Bağırova və.d.çamur atanlara 2018-ci ildə Azpolitika saytında dərc olunmuş "Frutik Qriqoryana gecikmiş açıq mıktub"başlıqlı yazımda cavab vermişəm.Yazını oxumağınızı xahiş edirəm.
Nizami Şəmsizadə onu tanıyanlar arasında "bir şiş kababa görə....." bir adam kimi tanınır.Ən çox ətrafında dolandığı adam isə Ş.Əlizamanlıdır. Görünür,Xətai dövrü dövlətçilik ənənələrimiz,milli qürur və gücümüz onu narahat edir.Bir azdan kimsə ona bir şiş kabab alıb Atəbəylər dövləti haqqında da cəfəngiyyat yazdıracaq. Belələrinə,ancaq onu deyə bilərik ki,Azərbaycanın çörəyi,suyu sənə haram olsun!
Akademiklərimiz elmi yaradıcılıqla məşğul olmaqdansa biri çaxır alveri ilə məşğul olub,digəri milləti "Fırıldaqçılıqda"-yəni işləmədən nə isə qopartmaqda təqsirləndirəndə Şəmsəddin müəllim kimi professorlar söz sahibi olurlar.
nə çox tribuna verirsiz bu yoldaşa, başqalarının heç mesajını belə çap etmirsiz...bütün mövzularda yazır indi ilhama gəlib..oki qaldı xətaiyə - çox ziddiyyətli tarixi fiqurdur..məncə o da seyidlərdən olub, çünki onun soyundan olan talış xanı Mustafa xan da miri idi..açsınlar bütün arxivləri onunla bağlı, niyə açmırlar ki?