Rusiyanın Kirov bölgəsində L-42 tipli tək motorlu təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, qəzada pilot ilə birlikdə 4 adam həlak olub.
Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmiləri təyyarənin Puşma kəndinə yaxın bir sahədə düşdüyünü bildirib.
Təyyarənin Tatarıstan paytaxtı Kazandan ölkənin şimalındakı Arxangelsk şəhərinə getdiyi bildirilir.


Şərhlər