MANATIN MƏZƏNNƏSİ NƏ VAXT DƏYİŞƏCƏK? - Tarix açıqlandı

Azərbaycan «üzən məzənnə»yə 2020-ci ildə keçməyi planlaşdırır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Ölkədəki monetar siyasətlə bağlı danışan V.Qasımlı bildirib ki, üzən məzənə rejiminə tam keçid 2020-ci ildə təmin olunacaq.

«Amma bundan əvəl biz «lövbər» hədəfini müəyyənləşdiririk. İndiki halda pul bazası, daha sonra isə qısa müddətli faiz dərəcəsi olacaq və beləliklə, monetar siyasət inflyasiyanın hədəflənməsinə keçəcək.

Amma bunun üçün həm biznes mühiti həm də pul bazarının inkişafı, o cümlədən Mərkəzi Bankla biznes mühiti arasında olan etimad mühitinə çox böyük ehtiyac var»-deyə icraçı direktor bildirib. /fed.az

635x100

Şərhlər

Timurchin 2018-11-23 10:15:52

Azərbaycanda sərbəst üzrən məzənnə rejiminə keçid barədə belə asanlıqla mühakimə yürütmək olmaz.....Keçid prosesi hamar olmayada bilər, əgər bütün mümkün ola biləcək çətinliklər öncədən müəyyənləşdirilib, aradan qaldırılmazsa....

********* 2018-11-23 10:15:52

Aydındır ki, Vüsal m. nədən danışdığı barədə yetərli təsəvvürlərə malik deyil..... əgər məsləhət belədirsə, olar!!!

G M 2018-11-23 10:15:52

Üzən yaxud da ki üzməyən məzənnə. Nə dəyişəcək ki, E.Rüstəmovu çıxardacaqlar efirə danışığını da başa düşən olmuyacaq.Səhərdə ayılıb görəcəksən ki qiymətlər 100% tərsinədir.Elmanı çıxardacaqlar Deyəcək ki dünən zarafatlaşırdım.

Son yazılar