Menu

NEFT UCUZLAŞIR, MANATIN TALEYİ NECƏ OLACAQ? - Ekspert rəyi

25.11.2018, 11:03
NEFT UCUZLAŞIR, MANATIN TALEYİ NECƏ OLACAQ? - Ekspert rəyi

Neftin büdcədə baza qiyməti 40 dollardan hesablanmalıdır

Qubad İBADOĞLU

Dünya bazarında Brent markalı neftin 1 barelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb. Neftin qiymətinin ucuzlaşmasının başlıca səbəblərindən biri bazarda təklifin artmasıdır. Belə ki, hazırda gündəlik hasilat ABŞ-da 11,7 milyon barrel, Rusiyada 11,2 milyon barel, Səudiyyə Ərəbistanında 10,7 milyon barrel təşkil edir.

Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barel artırıb. ABŞ-da gündəlik hasilat daha çox artırıldığına görə bu ölkə Rusiyanı qabaqlayaraq dünya birinciliyinə nail olub. Bunun müqabilində İranda neft hasilatı 8,6 faiz azalaraq gündə 3,3 milyon barelə, Venesuelada isə 5.5 faiz azalaraq 1,2 milyon barelə düşüb. Hər iki ölkədə birlikdə azalma 382 min barel təşkil edir. Venesuela gələn ilin 1-ci rübündə gündəlik neft hasilatını 1 milyon barel artırmağı planlaşdırır. Yeri gəlmişkən onu qeyd edim ki, hazırda Azərbaycanda gündəlik neft hasilatı 800 min bareldir. Oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barel olub

Bununla yanaşı ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı da aşağı salıb.

Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır, bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasılata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır, gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır.

Dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişi Azərbaycan üçün də yaxşı perspektiv vəd etmir. Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barel 60 dollar həddindən aşağıdır. Hazırda Brent markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir.

Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır.

Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək.

Şərhlər

Kasıb 2018-11-25 11:03:48

YAZILANLARDAN DEYİLƏNLƏRDƏN BELƏ NƏTİCƏ ÇIXARMAQ OLAR Kİ TƏK ABELİN BİR NEÇƏ YÜZ MİLYONLUQ VARİDATI VAR. BİR NEÇƏ ŞADLIQ SARAYI ONLARDAN BİRİ QIZININ ADINI VERDİYİ İZABELLA-dır. AY ALLAHIM BİZİM UŞAQLARIMIZIN MİLLƏTİMİZİN AXIRIMIZ NECƏ OLACAQ? ELƏ BELƏ DƏ BİZİ TALAN-QARƏT EDƏRƏK DAVAM EDƏCƏKLƏR YOXSA BİR SON OLACAQ?

t.ədalət 2018-11-25 11:03:48

Hörmətli Nurəddin müəllim,həmin o "uşaqlar",hansı ki erməni laylaları ilə böyüyüblər,bu gün Azərbaycanda çox böyük vəzifələr tuturlar.Məsələn,Nazirlər Kabinetində Əli Əhmədovu çıxsaq,qalanları erməni nəvələri və yeznələridir.Ölkə bütövlükdə bir ordudur,onun komandirləri isə nazirlər və s.iri ranqlı məmurlardır.Nə qədər ki onlar var,bizim ölkə milli təəssübkeşliyini itirəcək,E. Məmmədyarov kimi "erməni budaq cümləsi" üslubunda danışılacaq.Böyük Atatürkün "Çanaqqala" döyüşü zamanı atdığı addıma ehtiyac var..

EJDER 2018-11-25 11:03:48

DEDIYINIZ O MEMURLARIN WEREF,WOHRET ORDENLERI VE TUKENMEZ SERVETLERI VAR...QUSARLAR...KIM ONLARI CEZALANDIRACAQ,ATAQ ZAMANIN BOYNUNA.HELELIK NAQILA QULAQ ASIN...

Zakir 2018-11-25 11:03:48

MANATIN DA KASIB ƏHALİNİNİN ÖLKƏNİN DƏ TALEHİ ÇOX PİS OLACAQ.

T.Ədalətə NURrəddindən sual 2018-11-25 11:03:48

Hörmətli T.Ədalət mən anlaya bilmədiyim bir məsələnin həllini sizdən öyrənmək istəyirəm.YƏNİ ANASI VƏ ARVADI ERMƏNİ OLAN NAZİR VƏ MƏMURLARI KƏNARLAŞDIRMAQ O QƏDƏRMİ ÇƏTİNDİR? Hətta adları bütün ictimaiyyətdə bəlli olduğu halda.

Ülvi 2018-11-25 11:03:48

T.ƏDALƏT DÜZ DEYİR. ANCAQ O ANASI ARVADI DÜŞMƏN ERMƏNİUDƏN OLAN MƏMURLARI MƏCBUR ETMƏK TALADIQLARI MİLLİ SƏRVƏTİ VERSİNLƏR.

t.ədalət 2018-11-25 11:03:48

Başqa dövlətləri bilmirəm,neftin qiyməti endikcə bizdə cərimələrin və qiymətlərin artımı sürətlə gedəcək.Onsuz da əhali cərimələrin artımından və bahalıqdan zinhara gəlib.İş yeri yox,gəlir yerlərinin qapıları balanıb.Anası və arvadı erməni nazir və məmurların çoxluğu ölkənin inkişafına sünii manelər yaradır.Rusiyanın cəsusları isə müstəqilliyimizə badalaq atırlar.

Vətəndsaş 2018-11-25 11:03:48

Manatın talehi necə olmalıdır? Məmurlar yüz milyardları talamasa idilər indi uzun illər üçün ehtiyat fondu yaranardı manat da stabil qalardı. Hər devalvasiyada kasıb əhali daha da kasıblasyır,əziyyət çəkir,indi də ctresdədirlər ki yenə devalvasiya olacaq aləm qarışacaq, bahalaşma yoxsullaşma işsizlik baş verəcək. Çıxış yolu oğurlanmış milyardları güç yolu ilə də olsa öğru məmurlardan almaq,obyektlərini bizneslərini alıb dövlətin millətin ehtiyatını qaytarmaq ki çətin allarda xalqımız əziyyət çəkməsin.

Həsənalı 2018-11-25 11:03:48

Mövzudan uzaq olsa da deməliyəm.Qubad Bəy, bu günlərdə Vergilərdə bir görüş var idi, elə bir ucdan gələn iL vergidə inqilabi dəyişikliklər olacağını təkrar edirdilər.Hətta məhlədəki marketdən belə 1 çörək üçün çek tələb etməyin vacibliyindən danışdılar.Soruşdum ki,bu inqilabda gəlirlər barədə bəyannamə, xüsusilə məmurlar üçün nəzərdə tutulubmu? Dedilər yox!Bu çətin prosesdir. Dedim o inqilab baş tutmadı.Məhlədə çörək üçün çek tələb edənlər məhləni market qarışıq rüşvət alanları görmək istəmirlər...

Omer 2018-11-25 11:03:48

Yeni biz helede neften asiliyiq..axi artiq biz nefti unutmuwuq..mence neftin qiymetinin .anata tesiri ola bilmez.. cox guclu kent teserfati inkiwaf edib..bow torpaq yoxdu.. pambiq ekilib..peykimiz gelir getirir..mence neft lap maya deyerinden ucuzda olsa manatin qorxusu yoxdur.. en azindan cixiwlardan bele netice cixarmaq olar

Kəmbir Hesabi 2018-11-25 11:03:48

Məclis xalqı mədən əmlakından qanunla məhrum edib. Sərvəт gəliri dovləтə dəqiqliуi ilə necə çaтır? Çox sərmaуə illəri 2 milуardı aşmadıgı halda, az xərcli hasilaт illəri 5 milуardı aşıb? Maуa dəуərinə, gəlirin büdcə тransferinə və dovləтdən məxaricə kimlər və necə nəzarəт edirlər? Dovləт arтıq, vergi-büdcə və maliууə siуasəтini ekspromтom (qiуməтlərin arтımı ilə) əhalinin oz hesabına həll edir! Qüdrəт bəу dogrusunu bilər? Bəlkə, daha iki referendumla Qarabagın verilməsi də birdəfəlik həll olunardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol