Rusiya Kommunist Partiyasından (RKP) olan Saratov vilayət Dumasının deputatı Nikolay Bondarenko eksperimenti başa vurub. Eksperiment çərçivəsində o, bir ay 3,5 min rubla yaşamağı sınayıb. Bondarenko bölgənin sabiq əmək, məşğulluq və miqrasiya naziri Natalya Sokolova ilə mübəhisədən sonra bu tədbirə əl atıb.
Məlum olduğu kimi, YouTube-da nazir Sokolovla deputat Bondarenkonun ay ərzində yaşamaq üçün lazım olan məbləğ (yaşayış minimumu) barədə mübahisəsinin videosu yer alıb. Xanım-məmur belə bir fikir səsləndirib ki, 3,7 min rubl «minimal fizioloji istehlak» üçün tam kifayət edir. Bundan sonra Sokolovanı istefaya göndəriblər, Bondarenko isə oktyabrın 24-də eksperimentə başlayıb. Eksperiment çərçivəsində o, bir ay ərzində 3,5 min rublla yaşamaq qərarına gəlib. Deputat danışır ki, eksperimentin ilk üç həftəsində 6 kilo arıqlayıb.
«Dünən, «pəhriz»in sonuncu günü idi» - deyə, Bondrenko «RİA Novosti»-yə danışıb və qeyd edib ki, eksperiment ərzində neçə kilo arıqladığını müəyyən etmək üçün tərəzi üstünə çıxacaq.
«Qeyd-şərtsiz, bu məbləğə itkisiz yaşamaq olmaz!» - deyə, deputat «3,5 min rubla bir ay yaşamaq mümkündürmü» sualına belə cavab verib.
Bondarenko hələ bilmir ki, əvvəlki halına qayıtmaq üçün ona nə qədər vaxt gərək olacaq: «Mən diyetoloqlarla, həkimlərlə təmasda oldum - deyirlər ki, müəyyən dövr lazım olacaq və özünü yağlı, şirin və ya digər qidalarla böyük miqdarda yükl'mək olmaz».
İndi isə qayıdaq Azərbaycana. Rusiyalı deputatın eksperimentinin nəticəsinə söykənib də belə bir təklif səsləndirmək yerinə düşərdi: Hörmətli Novruz Məmmədovu, Səttar Mehbalıyevi və Hadı Rəcəblini bir ay «yaşayış minimumu pəhrizinə» oturtsalar, görəsən cənabların hər biri neçə kilo arıqlayar?!


Şərhlər