Qərbi Azərbaycan vilayətinin inkişaf işləri üzləri vali müavini Hadi Bahadıri mətbuata verdiyi müsahibədə İranda dəyişdirilən türk adları məsələsi ilə bağlı maraqlı məqamlara toxunub.
O bir neçə gün öncə Təsnimxəbər agentliyinə bildirib ki, pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adı dəyişdirilib, yerinə nə olduğu bəlli olmayan saxta adlar gətirilib.
Urmiyə Universitetinin müəllimi və Urmiyə şəhər şurasının sabiq üzvü Qərbi Azərbaycan vilayətində “Pəhləvi” adlarının qaldırılmasına dair açıqlama verib.
Ötən il iyun ayında İranda keçirilən İslami Şəhər Şuraları seçkilərində Urmiyə şəhər şurasının üzvü olaraq seçilən Hadi Bahadıri daha sonra vali müavini təyin edilərək şura üzvlüyündən istefa verib. Bahadıri şura seçkilərində bir qrup urmiyəli mədəni fəalın yaratdığı “Urmu Azərbaycan Səsi” koalisiyası (etilf) tərəfindən dəstəklənmişdi. /GünAz TV


Şərhlər