Menu

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

26.11.2018, 10:40
Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

Bu gün Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində qısa fasilə yaranıb.

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Məlumata görə, fasilə təqribən 08:10 radələrində yaranıb.

“Buna səbəb elektrik enerjisinin açılması olub. Problem aradan qaldırılan kimi qatarın hərəkəti bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol