Azərbaycan Cənubi Sudana sülhmərmalı göndərir.
Bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.
Layihədə qeyd olunur ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində Cənubi Sudana göndərilir.
Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.
Qeyd edək ki, Cənubi Sudanda hazırda çox dərin siyasi-hərbi böhran yaşanmaqdadır. BMT bu prosesi öz nəzarətinə götürüb. Missiyanın oradakı fəaliyyəti ilə bağlı layihədə dəqiq maddələr verilməyib. Məsələ beynəlxalq çərçivədə araşdırılacağı gözlənilir.


Şərhlər