Menu

ABŞ “İŞİD”in mövqelərinə yeni aviazərbələr endirdi

10.08.2014, 08:53
ABŞ “İŞİD”in mövqelərinə yeni aviazərbələr endirdi

ABŞ-ın hərbi təyyarələri İraqın bir neçə bölgəsində “İslam dövləti” (keçmiş İŞİD) qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin pilotlu və pilotsuz təyyarələri xüsusi əməliyyata cəlb olunub.

Hava zərbələri nəticəsində ekstremistlərin bir neçə zirehli texnikası və bir yük maşını məhv edilib.

Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol