Menu

Miqrant qadın ölmüş övladına görə ABŞ-dan təzminat istəyir

28.11.2018, 13:21
Miqrant qadın ölmüş övladına görə ABŞ-dan təzminat istəyir

Texas ştatındakı miqrantların saxlanma mərkəzində vəfat edən körpənin anası ABŞ rəsmi qurumlarından, o cümlədən İmiqrasiya və Gömrük Polisindən (İCE) 60 milyon dollar məbləğində təzminat istəyir.

“Report” AP-ə istinadən xəbər verir ki, bu ilin mart ayında əlində körpəsi ilə sərhədi keçərkən saxlanılaraq ölkənin Dilli şəhərindəki ən böyük miqrantların saxlanma mərkəzinə yerləşdirilən Quatemala köçkünü 20 yaşlı Yasmin Xuaresin vəkillərinin sözlərinə görə, mərkəzdə qaldığı müddət ərzində 19 aylıq qız tənəffüs yollarının xəstəliyinə tutulub və mərkəzdən buraxıldıqdan 6 həftə sonra vəfat edib.

Gənc ananın hüquqlarını təmsil edən “Arnold & Porter” vəkillik şirkəti bu iddia təmin olunmasa, hökuməti məhkəməyə verəcəklərini bildirb. Bunun üçün hökumətə 6 aylıq möhlət verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol