“Azərbaycanın bank sektorunda restrukturizasiyanın tamamlanması üçün mühüm addımların atılması zəruridir".
“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-2019-cü illər üçün keçid hesabatında (Transition Report 2018-19) qeyd olunub.
Hesabatda bildirilib ki, bank sistemində risklərin azaldılması üçün 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır və bu proses gecikdirilmədən həyata keçirilməlidir.
Analitiklərin fikrincə, gələn il qeyri-işlək kreditlər məsələsi həll edilməli və bəzi bankların kapital çatışmazlığı aradan qaldırılmalıdır.
“Yeni yaradılan strukturların öz səlahiyyətlərini yerinə yetirə bilməsi üçün institusional potensial inkişaf etdirilməlidir. Təbii olaraq yeni yaradılan dövlət qurumlarında təcrübə və etibarlı əməliyyat çərçivəsi hələ formalaşdırılmayıb. Buna görə bu qurumların fəaliyyətinin effektivliliyinin və şəffaflığının təmin olunması üçün addımlar atılmalıdır”, - deyə məlumatda vurğulanıb.


Şərhlər
ABB ölkənin xarici ölkələrlə olan hesablaşmaları,import-eksport əməliyyatlarından köçürmə və daxil olmalar və bu kimi əməliyyatları yerinə yetirən bank olduğundan onun özəl əllərə verilməsi yanlışdır.Dünyada dövlət bankı olmayyan dövlət yoxdur.Ona görə ABB özəlləşdirilməsi ölkənin vəsaitlərinin özəlləşdirilməsi olar.
Bundan başqa özəlləşən obyektə,səhmdarların içərisindən savadlı,idarəetmədən anlayışı olan,dövlətimizi və xalqımızı qəlbən sevən bir ziyalını müdir təyin etmək əvəzinə, savadsız, idarəetmədən anlayışı olmayan adamı müdir təyin edirlər. Məsələn;-Şəki-Bazar ASC-nə dinlə(Mollalıqla) məşğul olan Eldəniz adlı şəxsi,səhmdarların xəbəri olmadan direktor vəzifəsinə, Dəmirçiliklə məşğul olan Sənail adlı şəxsi isə Baş mühasib vəzifəsinə təyin ediblər ?Özəlləşən obyektlərin üzərində güclü qanunlarımız olmalıdır,yoxsa
Şəki-Bazar ASC-i özəlləşəndən sonra,onun iş fəaliyyətinə aidiyyatı qurumlar tərəfindən nəzarət sistemi olmadığından,ildə bir mağazanın ödədiyi tədiyyə vergisini ödəyir,çünki əldə edilən ümumi gəlirin 20%-i hesaba daxil olur,yerdə qalan 80%-isə vergidən yayınaraq mənimsənilir? Hesaba daxil olan gəliridə süni yollarla izafi xərc hesabına silirlər.Bu cinayət əməli ilə Vergi Nazirliyinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edirsən,qanunsuz,təhrif olunmuş cavab verirlər ? Müraciətinə baxan yoxdur ?
Özəlləşmənin ölkəmizin iqtisadiyyatına heç bir müsbət nəticəsi olmamışdır? Birinci növbədə dövlət əmlakını özəlləşdirirlər ki,ölkəmizin iqtisadiyyatı üçün müsbət nəticəsi olsun. Əksinə özəlləşən obyektlərin iqtisadiyyatına nəzarət sistemi olmaması səbəbli,yalnız bir nəfər,yəni səhm paçetinin 51%-ni əldə edən şəxs külli miqdarda var-dövlətə sahib olur,yerdə qalan səhmdarlar isə illərnən divident gözləsin ? Məsələn;- "Şəki-Bazar" ASC-nin illik gəliri qədər,özəlləşmədən qabaq tədiyyə vergisi ödəyirdi ?