Menu

Putin və Ərdoğan Türkiyənin mümkün vasitəçiliyini müzakirə ediblər 

29.11.2018, 20:11
Putin və Ərdoğan Türkiyənin mümkün vasitəçiliyini müzakirə ediblər 

«AzPolitika.info»-nun Rusiya KİV-ə isinadla verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kerç boğazındakı böhranın həllində vasitəçi ola bilər. Ərdoğan bəyan edib ki, bunu Rusiya Federasiyasının (RF) Przidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə edib. İki prezident Qara dənizdə Rusiya və Ukrayna arasındakı münaqişənin tənzimlənməsi işində Türkiyənin vasitəçilik rolu məsələsini müzakirə ediblər.

«Söhbətin gedişində Kerç boğazındakı insident, o cümlədən, vasitəçi kimi, bizim rolumuz da müzakirə olunub» - deyə, Ərdoğan G20 sammitinə getməzdən öncə jurnalistlərə bildirib.

«İnterfaks» agentliyinin xəbərinə görə, Türkiyə prezidenti qeyd edib ki, sammitin geişindəki görüşlərdə problemin müzakirəsinin davam etdirilməsi planlaşdırılır.

Şərhlər

Türkoglu 2018-11-29 20:11:26

Ay.putin.birdefelik.redd.ol.ukrayna.gürcüstan.azerbaycan.ve.moldovya.erazilerinnen.ne.erdogan.vastecilik.isteyir.hec.kese.ehtiyac.sadece.xalqlarln.torpaqlarlndan.herbicilerini.redd.ele.ele.günü.bu.günnen

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol