Menu

Suriya İsrailin hərbi təyyarəsini vurub?

30.11.2018, 08:30
Suriya İsrailin hərbi təyyarəsini vurub?

Suriyanın Hava Hücumundan Müdafiə sistemi cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin təhlükəsizlik orqanlarındakı mənbə deyib.

"Bizim Hava Hücumundan Müdafiə sistemlərimiz İsrailin təyyarəsi və dörd raketini hədəfə çatmamış vurub", - deyə mənbə bildirib.

O qeyd edib ki, beləliklə Əl-Kisva rayonunda hədəflərə yönəlmiş bütün raketlər vurulmuş olub.

Lakin İsrail hərbçiləri Suriya hava müdafiə sistemlərinin onlara məxsus təyyarəni vurmalarına dair xəbərləri təkzib ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ordunun mətbuat xidməti məlumatın həqiqətə uyğun olmadığını deyib.

"İsrail təyyarəsi və ya başqa bir hava hədəfinin vurulması barədə məlumatlar reallığı əks etdirmir", - deyə məlumatda bildirilir.

Bundan əlavə İsrail hərbçiləri Suriyada hər hansı bir hava hücumuna qoşulma barədə məlumatları hələ də şərh etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol