Menu

Azərbaycan nefti bahalaşıb

30.11.2018, 23:40
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 62,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki günə olan göstəricidən 0,36 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 61,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 29-da 56,62 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 29-da 58,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol