Menu

Bakıda idman zalında işləyən 20 yaşlı qız itkin düşdü

03.12.2018, 15:51
Bakıda idman zalında işləyən 20 yaşlı qız itkin düşdü

Bakıda 20 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol