Menu

Çin ABŞ-dan sıxılmış təbii qaz  və soya almağı təzələyir

06.12.2018, 08:29
Çin ABŞ-dan sıxılmış təbii qaz  və soya almağı təzələyir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çində Amerika Birləşmiş Ştatlarından (ABŞ) sıxılmış təbii qaz (STQ) və soya paxlası idxalını təzələməyə hazırlıq görürlər. Bu, Çin mallarına təbiq olunan rüsumların 3 ay müddətinə dondurulması barədə razılığın əldə olunmasından sonra mümkün olub.

Məlumatlı mənbələrə istinadla, bu barədə «Bloomberg» agentliyi xəbər verib.

Bununla belə, hələlik məlum deyil ki, ABŞ hakimiyyətinin hərəkətlərinə cavab olaraq, Çin tərəf soya və STQ-a tətbiq etmiş olduğu rüsumu ləğv edəcəkmi? Ehtimal var ki, hökumət bu məhsullar üzrə ticarət əlavəsini alıcılara kompensasiya edəcək («Finmarket»).

Oktyabr ayında Çin Birləşmiş Ştatlardan STQ almayıb, ancaq dəniz daşımaları üzrə məlumatlara əsasən, ÇXR-a noyabr ayında ən azı bir tanker Amerika qazı gəlib, biri isə yoldadır. Çinə STQ satan başlıca ölkələr isə Avstraliya, Türkmənistan və Qətərdir.

Oktyabrda Çinin ABŞ-dan soya paxlası idxalı ötən ilin uyğun dövrü ilə müqayisədə 95 faiz azalıb ki, bu da qiymətlərə və ABŞ fermerlərinin gəlirlərinə neqativ təsir göstərib.

Bu arada, ötən istirahət günləri ABŞ prezidenti Donald Tramp və ÇXR sədri Si Tsizinpin «Böyük iyirmiliyin» Buenos-Ayresdəki sammitində keçirdikləri danışıqların gedişində razılığa gəliblər ki, ABŞ 90 gün ərzində Çin məhsullarına rüsumu qaldırmayacaq, Çin isə Amerika məhsullarının alışını artıracaq. Bu müddət ərzində isə ticarət mübahisələrinin uzun müdlətli həlli istiqamətində iki ölkə arasında danışıqlar aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol