Menu

Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb

07.12.2018, 18:52
Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki pirotexniki vasitəni alışdırarkən ehtiyatsızlıqdan onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədəninin müxtəlif nahiyələri yanıb.

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol