Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb. "Report"un xəbərinə görə, bu barədə o, özü məlumat verib.
"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o, əlavə edib.
"Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.
O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər.
Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".

Şərhlər
BU oynayan zaman bir fərqlənən futbolçu olmayıb.Onun məşqçiliyindən nə fayda olmalı idi ki? Sadəcə bir az pul buraxıldı,oyunçular oynadılar və bu onun fəaliyyətinə yazıldı.Bağdan ərik qurtardı.qurbanovun bacarısızlğı üzə çıxdı.Vəssalam! Bunu şişirdib göyə qaldırmışdınız.o da elə bilirdi ki, doğrudan belədir.Bir dünya.Avropa komandalarına diqqət edin,onların tarixini öyrənin,dünən və bu günlərinə diqqət edin.Ondan sonra kimisə göyə qaldırın.Əsl mətləb budur!
Men hele Qurban Qurbanova bash meshqchi teklifi olunanda yazmishdim ki, getmesin.Sebeb de futbol mafiyasini göstermishdim.Qurban bey,size ugurlar.Siz bizim fexrimizsiz.Allah qorusun insan cilidinde olan sheytanlardan.
usaqda ferasete bir bax ha
Sebeb cox sadedi Elxan Memmedov elsad nesirov cutluyu.cunki qurban muellimde genclerden ibaret yigmalarin bas mesqcileride deyiblerki bizim isimize heckim mudaxile elemesin oz isimizi gormek isteyirik tebii ki bu Elxan Memmedovun xosuna gele bilmezdi ona gorede hamisini vurdu cunki bunlara xarici mesqci lazimdi pul silmek ucun o ki qaldi icraye komitesine onlarin hamisi elxan elaltilaridi pullarini alib emrleri icra eliyirler.butun ictimaiyyet qurban muellimnen raziydi.berti foqts 6 il netice vermedi onu saxladiz qurban muellim 1 ile pis netice gostermeye gostermeye onu qovduz.xaricden mesqci getirib muqavilesinnen yeyecekler
Bunu çox təriflədiniz....
Kosovayla oyunan sora deyirdiler qurbana torba tikirler. Duz cixdi. Qurban mellim zerin derdin zerger biler. Qarabaq sizi sevir. Qarabaqla ireli.
İlahi bu nə rəzalətdir!Milli Məclisin spikerinin tarixi gündən xəbəri yoxdur.Dövlətimiz nə günlərə qalib!Dünyada gülüş obyektinə cevrilə bilərik.