Menu

Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

09.12.2018, 12:40
Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Pakistanda terror aktı törədilib.

"Report" "Anadolu"ya istinadla xəbər verir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Polisin məlumatına görə, əraziyə motosikletlə gələn naməlum şəxs kütləyə əl qumbarası atıb. Partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol