Menu

DÖVLƏT YOL POLİSİ GİZLİ XİDMƏT APARACAQ? - BDYPİ-dən rəsmi açıqlama

10.12.2018, 15:34
DÖVLƏT YOL POLİSİ GİZLİ XİDMƏT APARACAQ? - BDYPİ-dən rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib.

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl televiziyalardan birinin efirində gedib: “Hansı ki, həmin vaxt "Yol-patrul xidməti haqqında təlimat" və "Yol hərəkəti haqqında" qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə "Yol hərəkəti haqqında" qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib".

BDYPİ belə məlumatlar yayan KİV-lərə tövsiyə edir ki, bu tip məlumatları yaymazdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın: "Sürücülərin diqqətinə bir daha çatdırılır ki, Azərbaycanda Yol Patrul Xidmətinin əməkdaşları xidməti qanunvericilik çərçivəsində aşkar şəkildə apara bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir”.

Dövlət Yol Polisi avtomobil sürücülərini cərimələmək üçün daha bir metoda əl atıb. Gununsesi.org-un xəbərinə görə, küçələrdə YPX maşınları ilə yanaşı, həm də mülki avtomobillər xidmətə çıxacaq. mülki geyimdə olan YPX əməkdaşları yollarda qaydaları pozan sürücüləri izləyəcək və onlara cərimə tətbiq edəcək. Bu qərar onunla əsaslandırılıb ki, sürücülər YPX maşınlarını görəndə məsuliyyətli olurlar və qayda pozmurlar. Bu qərar isə o deməkdir ki, Azərbaycanın yol polisi sürücünün qayda pozmasında maraqlıdır və bu pozuntunu arzu edir. Ona görə də bu cür xidmət növü tətbiq edilir.

"AzPolitika.info" "Xəzər TV"yə istinadla yeni YPX avtomobillərinin xidməti ilə bağlı materialı təqdim edir:

Şərhlər

Cavanşir 2018-12-10 15:34:57

Qəzaların əsl səbəbi sürücülülk vəsiqələrinin satlmasıdır.Bunu da DYP illərdir həyata keçirir.Bir kurs keçmədən,sürücülük qaydalarını bilmədən sürücülük vəsiqələrinin əldə edilə bilməsi faktının qarşısı kəskin alınması vacibdir.Bunu anlamaq lazımdır.Pul əldə etmək naminə yalan imtahan keçirib vəsiqə verilməsinə son qoyulmalıdır.Qəzaların əsas səbəbini DYP-də aramaq doğru olar.Sürücüləri nə qədər boğmaq olar?

Sürücü 2018-12-10 15:34:57

Azərbaycanda polislərin say dünya ölkələri ilə müqayisədə 5-10 dəfə çoxdur.Guya bu yetmir ki? Cərimələrlə milləti girinc etmisiniz.bu bəs deyil? Hələ bir cərimənin miqdarına baxın.İnsanlar yeməkdən,ailəsindən kəsib cərimə ödəməyə məcbur edilir.Hələ bir avtomobidə sərnişinin siqaretinə də cərimə yazırsınız.Vallah eyibdir.Bəs bu cərimələr niyə büdcəyə ödənilmir?

Əsəd 2018-12-10 15:34:57

Məlumat örnək üçün: "Yollarda tıxac məsələsini həll etmək, habelə ətraf mühitin qorunmasını öncül məsələyə çevirmək üçün Lüksemburq hökuməti gələn ildən ictimai nəqliyyatı – avtobusları, tramvayları, yerli qatarları pulsuz istifadə rejiminə keçirmək qərarına gəlib".

Oqtay 2018-12-10 15:34:57

Adətən avtomatika tətbiq edilir ki insan amilini azaltmaq və qənaət etmək olsun. Milyonlarla xərcə başa gələn bu yollarda qurulan kameralar və başqa avadanlıqlar DYP işçilərin axtisarına kömək edib mi və nə qədər maaşa ayrılan pula qənaət olunub.Yoxsa elə bunların işini yüngülləşdirib

t.ədalət 2018-12-10 15:34:57

DYP-nin üzərinə büdcə planı qoyulub.Hələ yeni-yeni fırıldaqlarla çox rastlaşacağıq..

Abit 2018-12-10 15:34:57

Birce bu çatmırdı,qırdırın milleti bir birine,esas pul qırmaq oyunu davam etsin,yollarda az idi polis artırın,

Hörmətli sürücülərə! 2018-12-10 15:34:57

Bismillahir-Rəhmanir-Rəhim.Vallah Dövlət Yol Polisi avtomobil sürücülərini cərimələmək üçün gündə bir hoqa çıxarırlar.
Daha bir metoda tapdılar korrupsianı genişləndirmək üçün.Negədə axtarıb tapırlar? Hörmətli sürücüləri öz hikkələrinin əsirinə çevririlər! Hüquq-mühafizə orqanları bu məsələləri bir dəfəlik həll etmək üçün ən asan yolu onlar rüşvətxorluqu bu sahədə ləğv etsinlər.Xüsusilə mülki geyimli polislər çox xoşagəlməz fasatlar yaradagaq... Uzunçuluq etməyim Russiyada nə olursa biz onu özümüzdə tətbiq etməliy? Russiya bizim üçün məyəm etalondur? Bunun zərbəsi nəticədə, bütövlükdə Azərbaycan cəmiyyətinə dəyəgək.
Bir atalar sözü var. “Gözəl sözlər pis əməlləri ört-basdır etmək üçündür”.DYP işkiləri "qaz vurub qazan doldurmaq” isəyirlər!

ədalət naminə 2018-12-10 15:34:57

kameralar, izləyici görüntülər niyə lazımdır, niyə ???

Yamen 2018-12-10 15:34:57

Ele onansa sofirlere tas qoyun ayliq. Camahati basqa ne gur soymaq olar fikirlesin varyatdar coxdu

G M 2018-12-10 15:34:57

Mülki geyimlilərə abırsız dələduzlar qoşulacaq. Sürücülərimizin bir çoxu da ki,maşallah ,..qolundan tutan kimi qanunları yox, ``pampers`` arayırlar.Bir də ki,nə faydası var.Dələduzlar arxayındılar ki,onlara nəzarəti öz ``həmkarları`` eliyir.Və məqsəd Qanunu qorumaq deyil.əhalini təşvişdə saxlamaq və nəzərdə tutulan əməliyatı aparmaqdır.
Yat ey sevgili xalqım ,yuxun şirin olsun!

Aslan 2018-12-10 15:34:57

Yeni gəlir mənbəyi yeri açıldı. Təbrik edirəm sizi cənab DYP işçıləri.

Islam mellim 2018-12-10 15:34:57

guman ki polis paitarinda olmayan kimse surucunu saxlatsa mubahise yaranacaq,hele o masinda aile olsa.

Qalib 2018-12-10 15:34:57

Kül...

AAgahuseyn 2018-12-10 15:34:57

Bna deyərlər dələduzluq.

Gülağa 2018-12-10 15:34:57

Niyə nümunə kimi batan Rusyadakı qanunlar Azərbaycanda tətbiq olunmalıdır?Niyə Avropadan, bir millət iki dövlət dediyiniz Türkiyədən, lap elə qonşu Gürcüstandan nümunə götürülmür?Axı bu millət sizə neləyib ki qanunlar ancaq onun əleyhinə yazılır. Saitlər-dən xalqın xeyrinınə qəbul olunan bir dənə də olsun qanun oxumaq mümkün deyil. B.Bankın oğurlanmış kriditlərinin hamısı xalqın üstünəmi yüklənməlidir?Bankdan oğurluğun qarşısını xalqmı almalıydı? Əvvəllər hətta kol dibində DYM dayanması qadağan edilmişdir, indi isə mülki geyimdə, şəxsi maşınlarla nəzarət olunacaq.Niyə daha vacib təhsil, səhiyyə və digər sahələrdə lazımı islahatlar aparılmır. Düşmüsüz maşını olanların üstünə, deməli kimin maşını varsa soyulmalıdır? Rəzalət...

GÖZDƏRİ DOYMUR DEYƏSƏN: 2018-12-10 15:34:57

...YAVƏR CAMALOVA QİSMƏT OLAN SİZƏ DƏ QİSMƏT OLSUN!

vetendas 2018-12-10 15:34:57

Avtomobillimizi ataq avtobusla gezek deyin bilek.300-400 manat maas aliriq, cerimeler qalxir,rusumlar qalxir,az qala evimizin icine de cerime yazan kameralar qoyalar. rahat yasa bilmirik. suruculerin gozleri qalacaq avtomobillerin icinde ve daha agir qezalar bas verecek

Xalq 2018-12-10 15:34:57

Oxu: Ziya Məmmədovun qoçuları (2-ci hissə)

Vekil 2018-12-10 15:34:57

Kesesi masin surmeyin! O Ersadi da cagirin bir rey versin sonrasi sovet milisi kimi 06 jiqulide qamisin dibi agacin alti mulki geyimliler pul yigsin! Qezanin sebebkari polisin cox olmasi ve nezaretin guclu olmasidir cunki insanlara psixaloji tesir edir ve hami aqresiv olur cox olkede nezaret yoxdur qezada az olur!

OQTAY 2018-12-10 15:34:57

Maşın sürəcən qaydanı da pozmayacam ki acından öləsiniz.Ay millət pozmayın ,bərk sürməyin qoyun bunlar acından ölsünlər

sual 2018-12-10 15:34:57

Ey insanlar bir dene olsun vetendaslara onlarin qayxisina qalan bir qanun varmi ya yaxud isiq gelen yere bunlar barmaq tixarmi yaxuddaki cerimelerden gelen gelir nefti uadelemeyibmi ya hara gedir

Bakili 2018-12-10 15:34:57

Dovlet de Baki Astara yolunu pullu etmek isteyir.pullu yol avtobanlar olur radar olmur. Bizde hem yolu pullu edecekler ve deyecekler radar var tisbaga kimi surur. Indi de daldan gelen yazacaqlar. Qabaqdan gelen seklimizi cekecek yandan da selfimizi cekecekler?helekopterle de basimizdan ceksinler.Yeni il erefesidir pul lazimdir.

Abit 2018-12-10 15:34:57

Deyirem birce ay ehali avtomobilden istifade etmese DYP ne güne qalar,yeqin ki,kütlevi ixtisarlar başlayar

Şofer 2018-12-10 15:34:57

PRAVA İNDİ NEÇİYƏDİR? ƏVVƏLLƏR SƏHV ETMİRƏMSƏ 800-1000 İDİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol