Menu

«Yaponiya ilə sülh müqaviləsi yalnız bircə halda mümkündür...» - Lavrov

18.12.2018, 00:15
«Yaponiya ilə sülh müqaviləsi yalnız bircə halda mümkündür...» - Lavrov

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Yaponiya il sülh müqaviləsi yalnız bircə halda - İkinci dünya müharibəsinin nəticələrinin Yaponiya tərəfindən qeyd-şərtsiz tanınması halında mümkün ola bilər. Nazir bu barədə «Komsomolskaya pravda» radiosunun efirindən bildirib.

Lavrov dəqiqləşdirib: «Biz, «1956-cı il bəyannaməsi əsasında» dedkdə, bu, Yaponiya tərəfindən İkinci dünya müharibəsinin nəticələrinin sözsüz və mütləq qaydada tannmasını nəzərdə tutur. Hələlik bizim yapon həmkarlarımız buna nəinki hazır deyillər... onlar hər cür işarə vururlar ki, bu, alınmayacaq. Bu, ciddi məsələdir» b

Onun sözlərinə görə, Sinqapurda «bəyan etmək üçün razılaşdıq ki, 1956-cı il bəyannaməsi əsasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqları aktivləşdirək, amma «çox vacibdir ki, anlayaq - bu sənəd nədən danışır?»

Nəzir dəqiqləşdirib: «Bəynnamədə deyilir - Sovet İttifaqı... xoş məram və mehriban qonşuluq jestlərindən sonra Xabomai sıra adalarını (Cənubi Kuril - red.) və Şitokan adasını qaytarmağa hazır olacaq».

Lavrovun sözlərinə görə, bu, heç də mütləq qaydada birbaşa fəaliyyət öhdəliyini nəzərdə tutmur. Bütün bunları hələ bunu «müzakirə etmək» lazım gələcək.

Nazir əlavə edib ki, üstəlik də 1956-cı il bəyannaməsindən sonra 1960-cı ildə Tokio ABŞ-la bir müqavilə bağlayıb. Müqavləyə əsasən Yaponiya ərazisinin istənilən nöqtəsində ABŞ bazaları yerləşdirilə bilər. «ABŞ artıq Yaponiyada qlobal RƏM sisteminin Asiya seqmentini yaradır. Moskva bütün bunları Tokionun nəzərinə çatdırıb və indi onun reaksiyasını gözləyir» - deyə, Lavrov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol