Menu

"Bakıda 800 yerlik tələbə yataqxanası istismara hazırdır" - Nazir

21.12.2018, 11:48
"Bakıda 800 yerlik tələbə yataqxanası istismara hazırdır" - Nazir

"Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa edilir, Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur.

C.Bayramov əlavə edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Şərhlər

t.ədalət 2018-12-21 11:48:32

Bu yataqxanada,deyirlər ki,otaqların aylığı çox baha olacaq.Kirayə mənzillərin qiyməti ilə eyni olacağı söylənilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol