Menu

Neft daha da ucuzlaşdı

21.12.2018, 14:32
Neft daha da ucuzlaşdı

ABŞ-da neft hasilatının artması, gələn il ABŞ və Çində iqtisadi artımın yavaşlayacağı, bunun da neftə təlabatın azalmasına səbəb olacağı proqnozları ilə neft qiymətləri düşür.

Bakı vaxtı ilə saat 14:25-də olan məlumata görə, Brent nefti 1% ucuzlaşama ilə 53,78 dolları görüb.

ABŞ xam nefti də 0,6% ucuzlaşaraq qiyməti 45,60 dollara düşüb.

OPEC + koalisiyanın hasilatı azaltmasının ABŞ-da artan istehsalı bağlayıb-bağlamayacağına dair şübhələr var. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol