Menu

Azərbaycanlı xanım teleaparıcıya 3 il həbs verdilər

13.08.2014, 12:42
Azərbaycanlı xanım teleaparıcıya 3 il həbs verdilər

Tunay Əliyeva təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub

Space TV-də yayımlanan “Hava haqqında məlumat” verilişindən tanıdığımız, hazırda isə ATV kanalında yayımlanan “Aydın səs”in aparıcısı Tunay Əliyevanın adı cinayətdə hallanır.

ANS PRESS xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, Tunay Əliyeva təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub.

Belə ki, Yasamal rayonunda xanım aparıcının idarə etdiyi avtomobilinin qarşısına qəfildən sərxoş kişi çıxıb. İdarəetməni itirən aparıcı piyadanı vurub, o isə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 illik icbari həbs qərarı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol