CHP lideri Kamal Kılıçdaroğlu onu istefaya çağıran partiya nümayəndələrinə sərt cavab verib.
Avropa.info-nun məlumatına görə, seçkilərdən sonra Kılıçdaroğlu haqqında "Özünü ev dustağı etdi" iddialarına cavab verən partiya başqanı "İcazə versinlər seçkilərdən sonra günortaya qədər dincələ bilim. Dünən günortadan sonra qərargaha getdim. Hər vaxt işləyirəm. Gedə bilərdim, amma tətilə də getmədim" deyib.
Dünən CHP millət vəkili Əminə Tarhanın istefa çağırışına və qurultay tələbinə də cavab verən Kılıçdaroğlu deyib: "Partiya nümayəndəsi başqanın nə dediyini bilməlidir. Heç bir yerdə "Bu bizim uğurumuzdur" deməmişəm.
Həm seçki ərəfəsində oturub işləməyəcəksən, həm də mətbuat konfransı təşkil edəcəksən. Bu düzgün deyil. Partiya nümayəndəsi verilən qərarlar çərçivəsində işləyib səy göstərməlidir. Bunların heç biri partiyalı deyil. Bunları partiyaya gətirməkdə səhv etmişəm".
CHP daxilindəki "İstefa" çağırışlarından sonra Dəniz Baykal də hərəkətə keçib. Qurultay tələbini haqlı görən Baykal özünə yaxın millət vəkilinə deyib: "Birbaşa deyə bilmirəm. Amma qurultaya ehtiyac var".
CHP nizamnaməsinə görə, qurultay keçirmək üçün nümayəndələrin beşdə birinin imzası toplanmalıdır.
CHP rəhbərliyi isə bu məqamda qurultaya ehtiyac görmür.


Şərhlər