Menu

Gəncədə avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu

01.01.2019, 16:48
Gəncədə avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu

Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub."Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol