Menu

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

04.01.2019, 11:33
ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib.

“Report” “Aksham”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.

ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib.

Qanuna əsasən, yerli sakinlər 3 il fəaliyyət göstərəcək 5 üzvdən ibarət Bələdiyyə Komitəsini seçir. Bələdiyyə sədri isə komitə üzvləri arasından müəyyənləşir.

Qeyd edək ki, T.Selen ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O. 15 ildir Çatam sakinidir. T.Seleln İstanbul Texniki Universitetinin Memarlıq fakültəsinin bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol