BAKI-GƏNCƏ "SÜRƏT QATARI" YOLDA QALDI - "Azərbaycanda problem dəmir yol xəttinin keyfiyyətilə əlaqədardır"

Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb.  Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qatarda olan sərnişinlər isə minval.info-ya deyiblər ki, qatar 20 dəqiqə dayanandan sonra hərəkətini davam etdirib. Sərnişinlər həmçinin deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir: “Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub.

Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, “Kimin xoşu gəlmir yerini dəyişsin”. Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər".

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarı (?) xəttə buraxılması

İqtisadçı ekspert Qubad İbadoğlu  öz “Facebook” səhifəsindən paylaşdığı  “Saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?” başlığı ilə paylaşdığı statusda bunu konkret faktlarla göstərmişdi: “Bu günlərdə yayılan xəbərə görə, gələn ildən xəttə buraxılacaq Bakı-Gəncə “sürət qatarı” 364 kilometri 4 saat 30 dəqiqəyə gedəcək. Müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi. Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Şəkil bölməsində təqdim olunan sürət qatarlarının reytinqindən bunu görmək olar".

Otomatik alternatif metin yok.

Ekspert eyni zamanda qeyd etmişdi ki,  Azərbaycan sürət qatarları alsa belə, dəmiryolunun mövcud vəziyyəti onları yüksək sürətlə hərəkətinə imkan vermir: " Əslində Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır. Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir”.

Bu gün baş verən hadisə isə ekspertin fikirlərini təsdiqləmiş oldu.  Görünən odur ki, Azərbaycanda dəmir yollarının texniki durumunda həqiqətən müəyyən problemlər var. Hansı ki, bu problemlər nəinki qatarlarının yüksək sürətlə hərəkətinə imkan vermir, hətta onların yarı yolda qalmasına belə səbəb olur... 

Rasim

AzPolitika.info

 

635x100

Şərhlər

AYRİM 2019-01-05 15:55:59

bu qatarı xankendinə sürmək isdəyən qurbanov yaqin ki .... güvənib...

R-n 2019-01-05 15:55:59

Geleceyin adi,deyesen Hacigabul colleri imish...Surete ermeni gozu deydi...

Sedaqet-e 2019-01-05 15:55:59

Muellime,yazinizdan qan iyisi gelir,bawinin orpeyini qoy qabagina gor ne ayranlayirsan. P.S g m-ya da catdir ki,olmaz,aglini bawina yigsin.

Murik 2019-01-05 15:55:59

Bura .........

Qoca Molla 2019-01-05 15:55:59

Yarım Milyard pulu elə SÜRƏTLƏ yeyiblər ki, SÜRƏT qatarını 80dən yuxarı qaldıra bilmirlər. Haramları olsun.

Sedaqet 2019-01-05 15:55:59

G M duz deyir!!! Dahi Heyder Eliyev bilirdi ne edirdi ve etmişdide. Hardan cixdi bu? ... Şərhlərə baxiram yaman ”sevilir” Cavid Qurbanov . Özün o qeder camaatdan yazdirirsan ki, ay Cavid bey amma xalq xalqdir və bilir kim kimdi

talis 2019-01-05 15:55:59

halal olsun usaqcda ferasete bax da indi de reysleri deyismek fikrine dusubler, varlixa ne darliq, I qrup elil ise 100 manata yasayir

Abit 2019-01-05 15:55:59

Qardaş men gördüm hem qiymet bahadı,hemde yollar helede tehlükelidi

azad 2019-01-05 15:55:59

Heyatimda bir defe Baki-Balaken qatarina mimmek mecburiyyetinde qalmisham.O seyahetimi omru boyu unutmaram.Inanin,dushub,ayaqla getseniz,eminem,daha tez Belakene chatarsiniz.Saatda qatar deyilen bir shey 30-40 km suretle gedermi? beledchilere irad bildirende,dediler,ki,yol eyridir,suret yigmaq tehlukelidir.

Islam mellim 2019-01-05 15:55:59

Eye men bunlara dedim ki bu Qatari bi az yavas surun.cunku bizim qatar dunyanin qatarlarina benzemir.Cunki cox suretle gedir axi.Deyirem sukur ki relsden cixmayib yoxsa dayandirmaq olmazdi ha. Bilmirsen gulesen ya aglayasan. Hamisindan yaxsisi qımismaqdi ki hec kim gormesin.

Miro 2019-01-05 15:55:59

.. 200 manat dovlet pensiya verende 2000 defe deyirler. Cavid bes bu boyda pulu hara etmisən ay gaga? Gatar saatda 80 km/s gedir. Bu bedbaxtlar 17 esrde galiblar

BAKILI 2019-01-05 15:55:59

Qatar yox Tranvay

G M 2019-01-05 15:55:59

C Qurbanovun ayağı dəyən yerlər hamısı .....Bilirdim ki o sürətlə getsə nəsəolacaq....Çünki o zamanlar H Əliyev onu elə-belə işdən çıxarmamışdı

Azer 2019-01-05 15:55:59

Belə getsə, Azerbaycan girdiyi korrupsiya girdabından xilas ola bilmeyecek. Ona göre de ne ise yaxşı bir şey gözlemek smümkün deyil...

hellas 2019-01-05 15:55:59

Əlaqədar təşkilatlara təıklif (Z.H.): Təcili olaraq Ziyanı qaytarın və 5-6 milyard da Norveç Təqaüd Fondundan ayırın ki, ZiyayiÜlhəqq Azərbaycanın Dəmir Yollarındakı sürəti AzərSpeys Peykinin sürətinə çatdırsın. Çağırmasanız o mıyı Türkiyədə edəcəkdir! P.S. İndi söz əlaqədar təşkilatlarındır (Z.H.)!

Bashirov Qarib 2019-01-05 15:55:59

Guya regionlarda fasilesiz enerji var? Rayonlarda ishiqlari fasile ile verirler.Esas pullari talamaq idi,onu da edirler.

Samir 2019-01-05 15:55:59

Cavid Qurbanov olmasın başqa bir yüksək vəzifəli şəxs olsun,əsas məqsəd-hər-hansı bir sahənin inkişafına verilən pulları(bizim,xalqın pullarını,Prezidentin ehtiyat fondundada bizim pullardır) oğurlamaqdır. Azərsu,Azərenerji,Beynəlxalq Bank,müxtəlif nazirlər çıxanlar və təzə işləyənlər,vergi,gömrük hamısının bir amalı var-xalqın pullarını talan edib qaçmaq.

EJDER 2019-01-05 15:55:59

HESAB EDIREM KI,BURADA DEYIBLER,YERIVE...BUDAQOHUM...ASTA SUR PARAVOZU AMANDI CAVID...VER HERDEN SIQNALI DUMANDI CAVID...BERKDEN BAS TORMUZU YAMAN CAVID...SURETIN ASTADI YALANDI CAVIDD

keçici qırmızı bayraqlar 2019-01-05 15:55:59

Ə bə nə oldu, Dədə Şəmşirin nəvəsi sinəsinə döyürdü ki, İstanbula da gedəcux bu qatarla. İstanbul üçün onda gərək Urus gərdəş Soyuz-Apollon lokomotivi göndərməlidir, hıyy??

Alı 2019-01-05 15:55:59

Arsız-abırsiz boyunuzu yerə soxum.Ölüb yerə girin.Allah bilir hansı ölkənin zibilxanasından gətirib, kraskalıyıb, təzəsinin dəyərindən də 5-10 qat artıgına dövlətə sırıyıblar.İndi baxarsınız ya susacaqlar, ya da elə bir yalan uyduracaqlar ki, heç özləri də inanmayacaq.Heç 1 ay da işləmədi e.

cəngərlik sakini 2019-01-05 15:55:59

bilərəkdən sürətlə sürmürlər,bəzi dövlətlər müraciət edib bizim " sürənimizə " kin " bəlkə bir az yavaşıyasız"

Mirzə AĞ 2019-01-05 15:55:59

Ай молодец "балтимор"! Çox bacarıqlı kürəkəndir...

Son yazılar