Menu

İran əskinaslardan 4 sıfır atmağa hazırlaşır

07.01.2019, 11:20
İran əskinaslardan 4 sıfır atmağa hazırlaşır

İran Mərkəzi Bankının sədri Abdunnasır Hümməti, İran rialından 4 sıfırın atılması üçün hazırlanmış layihənin hökumətə təklif etdiyini bildirib

"Marja" xəbər verir ki, Hümməti, sosial media hesabından verdiyi açıqlamada, layihənin Nazirlər Kabinetindən sonra Məclisdə qəbul edilməsilə İran rialından 4 sıfırın atılacağını, mövcud 10 min rialın 1 tümən olacağını və 1 tümənin də yeni çıxarılacaq 100 riallıq əskinasa bərabər olacağını bildirib.

​Hümməti, layihənin qəbul edilməsilə yeni banknotların çapına başlanacağını bildirib.

Qeyd edək ki, hazırda qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi, təxminən, 10 min rial təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol