Menu

Putin Krımı işğal etdiyini danır: “Belə şey olmayıb...”

14.08.2014, 18:32
Putin Krımı işğal etdiyini danır: “Belə şey olmayıb...”

Rusiya prezidenti Vladimir Putin Krımın Rusiya tərəfindən ilhaq edildiyi barədə ittihamların heç bir əsası olmadığını söyləyib.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Dövlət Dumasındakı fraksiyaların üzvləri ilə görüşdə bəyan edib.

“Krımın heç bir ilhaqı baş verməyib və vermir. Bu, xalqın iradəsidir... Bütün ittihamlar əsassızdır”, - deyə Putin əsəbi şəkildə bildirib.

Onun sözlərinə görə, Krım ərazisində yaşayan insanlar sadəcə olaraq öz gələcəkləri haqda rəylərini bildiriblər: “Odur ki, hansısa qanunsuz hərəkətlərdən danışmaq yersiz və gülüncdür. Biz sadəcə, insanlardan soruşduq ki, onlar nə istəyir. Bu, demokratiya deyilsə, nədir? Ona görə də bizə qarşı ittihamlar boşdur, heç bir əsası yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol