Artıq ardıcıl olaraq, 8 gündür ki, dünya bazarında neftin bahalaşması müşahidə olunur.
Ötən ilin dekabrının ortalarından etibarən ilk dəfə olaraq, yanvarın 9-da "qara qızılın" qiyməti 60 dolları ötüb. "Bloomberg"in yaydığı məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 60.05 dollara ticarət olunur.
Xatırladaq ki, 2018-ci ilin son ayında neftin qiymət 50 dollardan da aşağı enmişdi və bu, ciddi ajiotaja səbəb olmuşdu.
"Qara qızılın" son günlər bahalaşması isə daha çox ABŞ və Çin arasında ticarət danışıqlarının uğurla tamamlandığına dair məlumatlarla bağlıdır.


Şərhlər