“Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətdiyi iddia edilir. Əgər bu belədirsə, həmin deputat, deputatlar üçün qanunla müəyyən edilmiş etik davranış qaydasını pozub”.
Modern.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü Elçin Abdullayev deyib.
Vəkil qeyd edib ki, Azərbaycan qanunvericiliyi, başda konstitusiya olmaqla, təhqiri qadağan edir. Kimliyindən və səbəbindən asılı olmayaraq, təhqir yolverilməzdir.
“Konstitusiyanın 46-cı maddəsinin II hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.
Vəkil bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.
Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.
Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.
Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.


Şərhlər
Bu zat heç bir məsuliyyət his etmir.Çünki bunun millətdən asilacağı yoxdur...
etik normalar qorunmalıdır.əgər deputat belə məsuliyyətsiz çıxış edibsə mütləq cəzalanmalıdır.
Bu Arazın geni xəstədir.Bunu ancaq xalq "müalicə" edə bilər.
Deputat olmaq uçun, muəyyən edilmiş yazılmamış kriteriyalara cavab verdiyinə görə,bu adamı deputad edirlər.Ozunu dogrultmalıdır ki,yenə də deputad ola bilsin.
tərbiyəsizi, ..... kim seçdirib bura. O millət vəkili yox millət düşmənidir. Hamıya qarşı millətimizə qarşı erməni kimi nifrət edir. Bilmirəm beləllərinə bu millət nə pislik edib.
Parodoksal haldır, o kəslərin ki, ailələri haqqında vaxtaşırı nalayi söhbətlər dolaşır, məhz belələri başqasının ailələri haqqında təhqiramiz, tərbiyəsiz danışırlar.Və qəti olaraq bilirlər ki, belə təhqir bumeranq kimi onların özlərinə qayıdacaq.Görünür belə vəziyyət bu tərbiyəsizlərin xoşuna gəlir və ya bunlar üçün söyülmək adı bir çeydi.Məsələn Arazın ata və anası barədə,Mirşahinin ailəsi barədə deyilənlər hamıya bəllidir və bunlar dayanmırlar.
Araz Əlizadə sadəcə kimliyini sübut edib :-Beləki hansısa bir filos{məncə Platon }deyibki ağzını aç sənin kimliyini deyim ,yəni ikicə kəlmə söz de .
BU IQTIDARIN KITAYSKI MUXALIFETI,DEWURNIY PREZIDENTE NAMIZEDIDI...LUKAWENKO CANI...
ALLAH sənə rəhmət eləsin Baba Pünhan : "Kişi var ki kişidir, amma kişilərlə işi yox. Kişi var ki nakişidir, amma deyir ki kişi yox". O məşhur kinoda Abasqulu bəy yaxşı deyir "Kişinin hayıfını qadından almaq beqeyrətlidir, binamusluqdur". Amma yox təəssüf ki bu sözlərin heç biri bəzilərinə təsir etməz... Niyə söyüşü qınayanlar, iqtidara yarınanlar, Siyavuş Novruzov, Elşən Musayev kimi deputatlar bu arazın cavabını vermirlər?
"Sanitar fırça" nin öz işi var. Kim nə deməyindən aslı olmayaraq o ancaq bunu bacarır: cirkablari təmizə çıxarmaq. Vəssalam.