Menu

Məmmədyarov və Mnatsakanyanın növbəti görüşünün yeri və tarixi açıqlanıb

14.01.2019, 11:04
Məmmədyarov və Mnatsakanyanın növbəti görüşünün yeri və tarixi açıqlanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Şərhlər

t.ədalət 2019-01-14 11:04:14

İksi də Rusiyanın uşaqlarıdır.Görüşdülər nə,görüşmədilər nə?Rusca danışıb güləcəklər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol