2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu. Proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə, Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur”. Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun "facebook" səhifəsindən paylaşdığı yazıdan götürülüb.
"AzPolitika.info"nun məlumatına görə, Qubad İbadoğlunun yazdır ki, Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan “Qlobal iqtisadi perspektivlər”də təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq: “Adambaşına düşən ÜDM göstəricisinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq”.
Q. İbadoğlunun sözlərinə görə, azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin nəticəsidir.
AzPolitika.info

Şərhlər
NƏ ÜCÜN İSTEHSAL SAHƏLƏRİ YARADILMIR. SOVET DÖVRÜNDƏ AZƏRBAYCANDA NEFT MAŞINQAYIRMASI,KONDİSONER,ŞİN,SABUN,NEFT,ELEKTRON AVADANLIQLARI VƏ S.YÜZLƏRLƏ ZAVODLARİMIZ VARDI.ƏGƏR ÖLKƏYƏ İYNƏDƏN TUTMUŞ HƏR ŞEY KƏNARDAN GƏLİRSƏ BİZ DAHA CO GERİDƏ QALACAĞIQ.BÖYÜK CİN FİLOSOFU KOFUTSİ YAZIRDI:DÖVLƏTİN VARLIĞI ÜCÜN 3 ƏSAS ŞƏRT VACİBDİR.1)MƏNƏVİYYAT 2)İQTİSADİYYAT 3)HƏRBİ QÜVVƏLƏR.MONOPOLİYA RÜŞVƏTXORLUQ MƏHV EDİLMƏLİ,BELARUSİYA,QAZAXISTAN KİMİ İSTEHSAL SAHƏLƏRİ GENİŞLƏNDİRİLMƏLİDİR.
Bəs nə oldu. Anoloqsuz inkişafın nəticəsi budurmu? Ümüdlərimiz qırıldı. Sovet dövründə ümüd edirdik komunizm olacaq olmadı. İndidə belə oldu. Bəs axırımız necə olacaq?
Hökumət mühasibat uçotundan başqa hreç nəyi bilməyən iqtisadiyyat nazirliyini ləğv edib onun bütün işçilərini istefaya göndərməlidir.Əvəzində İqtisadiyyat Baş idarəsi yaradılmalı,işçiləri də xaricdə təhsil almış gənclər olmalıdır.Oğrunun əlini kəsməyincə peşəsindən əl çəkməz.Ona görə də köhnə məmur oğrulardan yaxa qurtarıb yeni ruhlu bir qurum yaradılmalıdır.Yalnız bundan sonra iqtisadiyyatı irəlilətmək olar.
Q.İbadoglunun və AzPoliтikanın тəhlilləri сəmiууəтimizdən çox Dovləтimizin məşhur islahaтçılarının şərhlərinə hədsiz уardımdır!
Bu çox qüsurlu müqayisədir. Öklə Qafqazin ən qeridə qalmışdır illərlə bundan qabaq. ÜMD Azərbaycanda ədalətli bölünmür deyə orta göztərcədən danışmaq mənasızdır. Vəzifədə olanlar (10 min) ölkəni dədə malı kimi çapıb talayır. Yüz milyonlara, milyardlara sahibdirlər. Əhalının 80 faizinin gəlirləri isə Afrikalılarınki səviyyəsindədir. bu hökumət Zimbabvedən olan tələbələrə təqaüd təklif edir, ölkədə pullu təhsil haqqını ödəyə bilməyən tələbəri isə xaric edir. Zim tələbələrinin harasınasa, nəyinəsə aşiqdirlər
Allahın bizə bəxş etdiyi neft və qazı çıxsaq,yerdə nə qalar? Bu dəhşətdir.Təkcə neft qiymətləri duşən kimi,2016-nın göstəricisi -3,1 olub.