Menu

Tramp hələ də ABŞ-n NATO-dan çıxmasını istisna etmir - Məlumatlı mənbələr

16.01.2019, 01:38
Tramp hələ də ABŞ-n NATO-dan çıxmasını istisna etmir - Məlumatlı mənbələr

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp hələ də ölkəsinin NATO ilə vidalaşması ideyası üzərində düşünür.

Məlum olduğu kimi, NATO-nun xərclərinin əsas hissəsini ABŞ çəkir.

Trampın hələ də bu ideyadan imtina etmədiyi barədə «The New York Times» nəşri yazıb. Məqalədə qeyd olunur ki, ABŞ-n bu addımı atması NATO-nun məhvinə bərabər olar.

Ağ Evdəki bir sıra mənbələr qəzetə danışıblar ki, ötən il ölkə başçısı ABŞ-n NATO-dan çıxmasının lazım olduğunu dəfələrlə dilə gətirib. Hər dəfə də bu, qeyri-rəsmi mövqe olub. Trampın sözlərinə görə, NATO ABŞ üçün «artıq yük»dür.

Prezidentin bu bəyanatları onun alministrasiyasında narahatlığa səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol