"Son 10 il ərzində dövlət büdcəsindən xidməti maşınların alınmasına 700-800 milyon dollar vəsait xərclənib"
Dövlət Reklam Agentliyinin rəhbərliyinin aldığı 1,4 milyon manat dəyərindəki lüks “CİP"ləri də satışa çıxarıla bilər
Xəbər verildiyi kimi prezident İlham Əliyev idarəetmə strukturlarında genişmiqyaslı islahatlar başladıb. Bu islahatlar çərçivəsində bəzi dövlət strukturları ləğv edilir, yaxud digərlərinə birləşdirilir. Ləğv edilən bir neçə dövlət strukturunun əsasında yeni, vahid struktur yaradılır. Struktur islahatlarına dair növbəti fərman ötən gün imzalanıb.
Fərmanda yer alan mühüm bəndlərdən biri də bundan ibarətdir ki, prezident dövlət strukturlarında xidməti avtomobillə təchiz edilən məmurların siyahısına yenidən baxılmasını tapşırır.
Belə ki, fərmana əsasən prezident Nazirlər Kabinetinə 3 ay ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməyi tapşırır. (8.7.1)
Habelə sənəddə bildirilir ki, (8.7.2.) bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir. Və nəticəsi barədə prezidentə məlumat verilməlidir.
Fərmanın bu hissəsi ona görə mühümdür ki, Azərbaycanda xidməti avtomobillərlə bağlı vəziyyət doğrudan da əndazəni aşıb. Virtualaz.orq qeyd edib ki, bəzən məmur özü üçün bir yox, bir neçə xidməti avtomobil alır. Yaxud xidməti avtomobillərdən məmurların şəxsi işləri üçün istifadə edilməsi geniş yayılmış və adi hal almış praktikdadır. Habelə dövlət strukturlarının yüksək vəzifəli şəxsləri özlərinə dəyəri yüz minlərlə dollar olan lüks xidməti avtomobillər sifariş verirlər, hansı ki, əksər hallarda belə strukturların fəaliyyət effektivliyi aşağıdır və işçilərinin əmək haqları cüzidir.
Məsələn, ötən gün
Ekspert qeyd edib ki, məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır: "Prezidentin dünənki fərmanından belə görünür ki, xidməti maşınların sayı azalacaq. İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım - söhbət 700-800 milyon dollardan gedirdi.
Yaxşı xəbərdi, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dolarlıq maşnda gəzib, 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdı.
Bizdə bununla bağlı qanun 14 il əvvəl - 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib. Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur".
Elman
AzPolitika.info

Şərhlər
Tarif şurası deyilən qurumun, azerqazın, azərişığın, azərsuyun, Bakı metropoliteninin yekəqarınların xidməti maşınını müsadirə edib satıb dövlət büdcəsinə vermək lazımdır. Həmişə ağlayırlar ziyana işləyirik nəqliyyatda qiymət qaldırırlar. Qoy biz sadə vətandaşlar kimi ictimayi nəqliyyatdan istifadə etsinlər.Onda bilərlər qiymət artımı nədir!
Memurlara Cip yerline Gencede istehsal olunan VAZ vermek lazimdir. Yerli istehsalcilara xeyr vermek lazimdir. Muharibe seraitindeyik. Muharibe olarsa VAZ la muharibeye gederler.
Sizə yanlış məlumat vermişlər usta!!! Məmurlar kötükçələri üçün də "Norveç Təqaüd Fondunda" itib-batmış 130-150 milyard dollardan bəs deyincə oğurlayıblar. Xidməti maşınları götürüldükdən sonra məmurlar "Gulfstream G550" təyyarələrinə oturacaqlar.
Allah eliye prezident emr vereki,memurlar ancaq at faytonu ile gezmelidir.Masinla hereket elese cerime edilecek ve yaxud 3 ay hebs yatacaq.Ne bir yaxsi is olar amma.
Sadeqet xanim siz hele de bir var idi biri yox idi nagillarna baxirsiz!)
2017 ci ildə cenab prezident tapşiriq verdi ciddi tapşiriq ki xidməti naşınlar xaricdən yox azerbaycanda istehsal edilən alınsın. Noldu? 2 il ötür o ciddi tapşırıqdan. Prezident teqib etməməlidir kim nə aldı, tapşırıqlara nəzarət edən məmurlar nəzarət etməlidir. Amma nolsun öz bildiklərini edirlər məmurlar bilirlər ki cəzasi olmuyacaq... Reklam agentliyi hansı cürətlə belə addim atir? Camaati soyub reklam pulu ilə büdcəyə qoymaqdan pulu xərcləyir özü üçün... bizləri isə narazi salir .cəza verilməlidir!!!!!!