Menu

Umayra Tağıyeva "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

18.01.2019, 14:57
Umayra Tağıyeva "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, "ifrat təhlükəli hidrometreoloji hadisə" kateqoriyasına aid olan proses hesab edilir: "Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür:

"Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır".

Şərhlər

Alı-ya 2019-01-18 14:57:45

Mən özüm dənizdə işləyən neftçiyəm. Deməli sizin məntiqinizlə 2015-ci ilin dekabr-ın 4-ü 33 nəfərərin həlak olmasıyla başa çatan hadisə lazım idi ki proqnoza inanaydınız? Mən, səmimi olaraq, bir neftçi kimi “ifrat təhlükəli hidrometreoloji hadisə” proqnozu ilə ən azınından 30-40 il bundan əvvəl inşa edilmiş platformalardan 2500 nəfər dəniz neftçisinin təxliyə olunmasını SOCAR-ın insanlara olan böyük qayğısı kimi qəbul edirəm. İqtisadi itkilərə baxmayaraq, əlbətdə insan amili həmişə 1-ci olmalıdır. Bəli ALLAH-a şükür ki bu hadisədən SOCAR əvvəlki hadisələrlə müqaisədə itkisisiz çıxdı. O ki qaldı proqnoza bu adından məlum olduğu kimi proqnozdur, yəni xəbərdarlıqdır. Ən dəqiqi isə ALLAH biləndir...

hellas 2019-01-18 14:57:45

ifrat deyəndə yəqin ki Firat qalxanı demək istəyiblər. O ki, qaldı bu "İfrat"a belə "Tornado" münasibət göstərilməsinin başlıca səbəbi müxalifətin sabahkı mitinqini arxa plana keçirmək olub. Vəssalam-şüttamam!

Vəli 2019-01-18 14:57:45

...Heç bu gözəllikdə də yalan olar? Mən ömrümdə belə cazibədar, füsnünkar, ecazkar, adamı məst edən yalan görməmişdim, indi gördüm.Daha mən innən belə bu təkrar olun bilməyəcək gözəl yalanı qəlbimdə daima yaşatmaga çalışacam.

Vətən OĞLU 2019-01-18 14:57:45

А.1 Очень сильный ветер

Ветер при достижении скорости при порывах не менее 25 м/с, или средней скорости не менее 20 м/с; на побережьях морей и в горных районах 35 м/с или средней скорости не менее 30 м/с

А.2 Ураганный ветер (ураган)

Ветер при достижении скорости 33 м/с и более

Məlahət Mürşüdlü 2019-01-18 14:57:45

Açıqlamaya iradım yoxdur. Amma dənizdəki dalğanın şahə qalxmasının qurudakı təhsil ocaqlarına təhlükə yaradacağına inanmaq qeyri - mümkündür. İki gündür ki, dərslər, imtahanlar təxirə salınıb. Təəccüb və gülüş doğuran haldır.

alı 2019-01-18 14:57:45

Umara xanım, sizə insanların hörməti vardı.Hara yozsanız da dünənki poroqnozunuzla bu hörmətə inanın ki,ciddi xələl gətirdiniz.Kimsəyə yalan yaraşmır, sizə heç yaraşmır.Siz bu yalanınızla nəinki hansısa təhlükənin qarşısını aldınız, böyük bir insan kütləsinin cox ciddi şəkildə qorxu və həyacanlanmasına, xəstə olanların durumunun agırlaşmasına səbəb oldunuz.Bunun günahı sizdədir.Çünki başqası desə idi bəlkə də bu qədər inanmazdılar.Sizə görə inandılar....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol