Menu

ƏMLAK KOMİTƏSİNİN SƏLAHİYYƏTLƏRİ AZALDILDI - Çıxarışları “ASAN” Xidmət verəcək

18.01.2019, 19:23
ƏMLAK KOMİTƏSİNİN SƏLAHİYYƏTLƏRİ AZALDILDI - Çıxarışları “ASAN” Xidmət verəcək

Ölkə başçısının bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında son fərmanında bir çox səlahiyyətləri “ASAN” Xidmətə ötürülən qurumlar arasında Əmlak Məsələləri Dövlət Komitəsi də var.

Fərmandan belə məlum olur ki, vətəndaşların indiyə qədər kifayət qədər çətinliklə üzləşdikləri əmlak qeydiyyatı və ümumiyyətlə əmlakla bağlı bir çox əməliyyatların aparılması səlahiyyəti “ASAN” Xidmətə verilir. Bundan sonra torpaq kadastrı məlumatları barədə arayışların verilməsi də daxil olmaqla, daşınmaz əmlakla bağlı əksər əməliyyatlar “ASAN” Xidmət tərəfindən həyata keçiriləcək ki, bu da vətəndaşların rahatlığına xidmət etmiş olacaq.

“AzPolitika.info“ bundan sonra daşınmaz əmlakla bağlı yalnız “ASAN” Xidmət tərəfindən həyata keçiriləcək xidmətlərin siyahısını təqdim edir:

– Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

– Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– Torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;

– Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Cəlal

AzPolitika.info

Şərhlər

Mehdi 2019-01-18 19:23:44

Selahiyyet azaldi yox eeyy,tamam o komiteni yerli koklu baqlamaq lazimdi.O komite kimi belkede olkede ikinci rusvete,korrupsiyaya uqramis komite nazirlik yoxdur.Cenab prezident ne olar,orani leqv edindee xahis edirik.

zaza 2019-01-18 19:23:44

Menim serhimi niye vermirsiz? Kerem Hesenov sputnikle torpaqlarin seklini cekir ekin yerlerinin teyinatini isteyine uygun deyisir Nazirler Kabinetinin qerari olmadan orus yerleri ve ya yararsiz torpaqlar kimi kadastra salir.Meqedi icare muddeti biten torpaqlari qanunuz herraca cixartmaq,herrac oyunlari ile pul qazanmaqdir. Bunlari gizletmeyin yazin. Cunki bu emel dovler bascisinin ve dovletin aqrar siyasetine ziddir. Icarecilerin huquqlarini kobud sekilde pozur. Hokumetin bunlari bilmeye haqqi var.

Shahriyar 2019-01-18 19:23:44

lap kelemi aqlamaq tutdu kiiiiiiiiiiiiiiiiiii

Sedaqet 2019-01-18 19:23:44

Bunuda qudasinin dalinca göndərmək lazimdi!!!!getsin ona qulluq etsin nede olmasa qudasidi!!!! Ondan geri qalmir

Abdulqadir 2019-01-18 19:23:44

Ay ,,AzPolitika.info,,.,be bu cahamatin hali neteri olajax,yani deyirem bele pis öyredivlerey,rüshvet vermesek rahatdasha bimiyejik.Yani deyirem Asan xidmetde alan deyil rüshveti kime verejiy, hiyy?

Vətəndaş 2019-01-18 19:23:44

Ümumiyyətlə Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi, Ambudsman aparatının ƏƏSMN-verilməsi, Antiinhisar departamentinin ləğv edilməsi, Azərişıqla Azərenerjinin birləşdirilməsi, Vergidə, Fövqaladə Hallar Nazirliyində, Sərhəd qoşunlarında istintaq idarələrinin birləşdirilib İstintaq Komitəsi kimi bir qurum yaradılması, Yol polisinin qeydiyyat imtahan idarəsinin səlahiyyətlərinin Asan Xidmətə verilməsi idarəetməni çox təkmilləşdirər.

Səbuhi 2019-01-18 19:23:44

Çox sağ olun CƏNAB PREZİDENT. Çıxarış üçün tələb olunan sənədləri dəfələrlə ASAN XİDMƏTƏ təqdim etdim və işçilər sənədlərin qəbulundan imtina etdilər. Mənə bildirildi ki, sənədləri yalnız baş idarəyə təqdim etməliyəm. Nərimanov rayonu ərazisində yerləşən Baş idarəyə müraciət etdim və sənəd qəbulu şöbəsinin müdiri Samir müəllim sənədi qəbul etmədi və səbəb göstərə bilmədi. Çünki təqdim etdiyim binanın bir çox mənzilinə çıxarış verilib. Yenidən ASAN YASAMAL filiala müraciət etdim və məni xidmətin səlahiyyətli nümayəndəsi qəbul etdi və mənə kömək etməyə həqiqi mənada səy göstərdi. Lakin Samir müəllim özbaşınalıq edərək sənədin qəbul edilməsinə icazə vermədi

buzlaq 2019-01-18 19:23:44

Bağışlayın yeri gəldi bu sualı verirəm: 10-15 ildir ki, yalançılar sözü olmasın bəlkə 500 sərəncam verilib "qanunsuz tikililər haqqında" (icra başçısından tutmuş uçastkovıya kimi hamı gəlib pulu aldıqdan sonra tkililər olur zəkonni)! O sənədsiz evlərə və onların tkildiyi topaqlara da kağız-kuğuzu ASAN verəcəkdir???
Zamin Hacı demişkən: "indi də söz əlaqədar təşkilatlarındır. Vaxt gələcək o əlaqədar təşkilatlar da bağlanacaqdır"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol