Menu

Burkina-Faso hökuməti istefaya gedib

19.01.2019, 09:18
Burkina-Faso hökuməti istefaya gedib

Burkina-Faso prezidenti Rok Kabore cümə günü hökumətin istefasını qəbul edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

"Burkina-Faso prezidenti Rok Kabore cümə günü günortadan sonra yeni hökumətin formalaşdırılmasınadək müvəqqəti hökumətin təyin olunmasını tapşırmazdan əvvəl III Polya Kabı Tiyebı hökuməti üzvlərinin istefasını qəbul edib", - deyə məlumatda bildirilir.

Bəyanata əsasən, Tiyebı hökuməti 31 yanvar 2018-ci ildə formalaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol