Menu

Rusiya «Nudol» RƏM sistemini sınaqdan keçirib - ABŞ kəşfiyyatı izləyib

21.01.2019, 20:51
Rusiya «Nudol» RƏM sistemini sınaqdan keçirib  - ABŞ kəşfiyyatı izləyib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya dekabrın 23-də yeni raket əleyhinə müdafiə sistemini (RƏM) uğurla testləşdirib.

ABŞ kəşfiyyatına istinadla, bu barədə «CNBC News» kanalı xəbər verib.

İddia olunur ki, bu tip RƏM - «Nudol» düşmənin kosmosdakı fəaliyyətinə qarşı nəzərdə tutulub.

Raket 3 min kilometr məsafə qət edib və hədəfi vurub.

Bundan əvvəl Rusiya hərbçiləri RƏM sistemini 6 dəfə sınaqdan keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol