Almaniyanın xarici kəşfiyyat orqanları 2009-cu ildən etibarən Türkiyə hökumətini dinləyir.
Bir iddia ilə “Der Spiegel” qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, Almaniyanın Federal Kəşfiyyat Xidməti (FKX) 5 ildir ki, Türkiyə hökumətini yaxından izləyir və dinləyir.
Qəzet həmçinin yazır ki, FKX uzun müddətdir ki, ABŞ dövlət katibi Con Kerrinini və Hillari Klintonun telefon danışıqlarına qulaq asıb. 2012-ci ildə ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton və BMT-nin sabiq baş katibi Kofi Annanın arasında baş tutan telefon danışıqlarını dinləyib.
Qeyd edək ki, iyun ayında Almaniya FKX və Müdafiə Nazirliyində 2 nəfərin ABŞ-ın xeyrinə casusluq etməsinin müəyyən olunması iki ölkə arasında siyasi krizisə səbəb olub. Bundan başqa məlum olmuşdu ki, ABŞ kəşfiyyatı kansler Angela Merkelin də telefon danışıqlarını dinləyib. /anspress


Şərhlər