Menu

Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

23.01.2019, 14:31
Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

Ötən il Azərbaycan Gürcüstandan 13 047 avtomobil idxal edib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.

Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri 190 284,2 min dollar təşkil edib. Gürcüstandan gətirilən avtomobillərin sayı 2,8 dəfə, qiyməti 2,1 dəfə artıb.

Qeyd edək ki, 2017-ci ildə bu ölkədə Azərbaycana 4 548 avtomobil idxal olunmuş, onların dəyəri 88 118,9 min manat təşkil etmişdi.

Şərhlər

azad 2019-01-23 14:31:43

Bunun neyi yaxshidir? Avtomobillerin gomruk rusumunu o qeder qaldiriblar ki,camaat gurcustandan mashin dashiyir ve sheherin kucheleri gurcu nomreli mashinlarla dolub.Neyi yaxshidir bunun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol