FHN İXTİSARLARLA BAĞLI MƏLUMAT YAYDI - "Struktur islahatları davam etdirilir, ancaq..."

Fövqəladə Hallar Nazirliyi (FHN)  qurumda geniş ixtisarların aparılması barədə informasiyalarla bağlı məlumat yayıb. FHN-in saytından yayımlanan məlumatda deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmayıb.

Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.

***

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasına, dövlət xidmətlərinin optimallaşdırılmasına dair tövsiyyələri ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) də bir sıra işlər həyata keçirilməyə başlanılıb. 

Belə ki, "AzPolitika.info"ya verilən məlumata görə, nazirliyin fəaliyyətində səmərəliliyinin artırılması və xərclərin azaldılması məqsədilə ciddi struktur və kadr islahatlarına başlanılıb. Prezidentin tövsiyyələrinə uyğun olaraq daha çevik, daha yığcam, daha məqsədyönlü idarəetmə sisteminin formalaşdırılması məqsədi ilə Nazirliyin tabeçiliyindəki bir çox strukturlarda geniş ixtisarlar həyata keçirilib.

Hətta bəzi strukturlarda işçi heyətinin 50 faizə qədərinin ixtisar olunduğuna dair məlumatlar var. İxtisarlar daha çox FHN-nin institutlarını əhatə edib. Əməkdaşlara fevralın 1-dən işdən çıxarılacaqları haqda xəbərdarlıq olunub.

Eyni zamanda nazirlikdə islahatların davam etdiriləcəyi, bəzi strukturların birləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışında bildirmişdi ki, idarəetmə strukturu böyük dərəcədə şişirdilib: “Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”. Qeyd edək ki, Prezidentin müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasını, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutur".

Bütün bu tədbirlər bir tərəfdən təqdir olunur, amma digər tərəfdən də minlərlə insanın işsiz qalması ilə nəticələnir. FHN strukturlarında ixtisara düşənlər də yaxın günlərdə bu işsizlərin sırasına qoşulacaqlar.  

Rasim

AzPolitika.info

635x100

Şərhlər

asim 2019-01-26 23:43:07

cenablar cixis yolu tapin olmaz bele...

BAKILI 2019-01-26 23:43:07

Birinci kompazitor bawina yigdigi ona yaxin toy generallarini ixtisara salmalidi

teymur 2019-01-26 23:43:07

İŞ YERİNİZ VAR XALQLAR DOSTLUĞU KÖRPÜNÜN ALTİ

Adil 2019-01-26 23:43:07

Artıq mənim nəslimdə 1 nəfər də işləyən qalmadı.Allahım buna bais olanların ən agır cəzasını və bəlasını ver.1 ailədə 8 diplomlu mütəxəssisdən 1 nəfər də iş tapa bilmir aylardır ac yalavac gəzir.Evdə əşya qalmadı sataq.Fahişələr, dəyyus və alcaqlar ölkədə at oynadır.4 aydır nəvəmi görməyə gedə bilmirəm..

Lerikden Mehemmed Hesen emi 2019-01-26 23:43:07

Azerbaycan realliqi sadece, demek Yavar Camalov oldu, ,,,,nazirliyi,,leqv edildi, Eldar Mahmudov cixdi ,,nazirliyi,,, leqv edildi, Ziya Memmedov cixdi ,,,nazirliyi,,, leqv edildi ve s ve s, bizde nazirlikler sadece nazirlerin wexsi obyektidir onlarla nese problem olanda yoneldilir adi Dovlet Qurumu olan nazirliye, harda bele wey var ay millet? helede bawa duwmursuz ki bu məmurlar ölkeni ne gune qoyub? artiq besdir demek zamani. ( bu ixtisarlarin neticesi daha nece nece ailelerin ac qalmasi demekdir axi)

EJDER 2019-01-26 23:43:07

KIME LAZIMDI O LAZIMSIZ QURUMDU...MULKI MUDAFIYE BOW WEYDI.GOMRUK KIME LAZIMDI ...LEQV OLUNSA,EHALININ CANI MOPOLISTLERIN ELENDEN QURTARAR,MILLET DOLANAR...BAXINDA GURCUSTANA,GORUN REGIONDA KIMDI QABAQDA...BESDIRIN YALANLAR,PALANLAR

Sahib 2019-01-26 23:43:07

Artıq Azərbaycanımız agır xəstəlikdən əziyyət çəkir və bu xəstəlik günü gündən onu ölümə aparır.Həkimlərimiz savadsız oldugundan onu müalicəsini bir gün 1 qolunu, bir gün 1 qılcasını, bir gün bir gözünü, giyərinin, böyrəyinin yarısını artıq hesab edərək kəsib atmaqda görürlər.Xəstəlik hər gün daha da şiddətlənir.Belə getsə müalicə adı altında hər seyi artıq hesab edərək kəsib atacaqlar.Dövlət isə bir orqanizm kimidir.Onun bütün orqanizmləri olmalı və işləməlidir.ÖLKƏMİZ FAKTİKİ MƏHVƏ SÜRÜKLƏNİR.

hop-hopnamə 2019-01-26 23:43:07

Bəs Kəmali-qulqul onları saxlaya bilmir????????????????

G M 2019-01-26 23:43:07

Ölkədə yüz minlərlə yeni iş yerləri açılıb.Gündə 3oo-5oo manatlıq pambıq yığan ailələr ayda 15-20 min gəlir əldə edə bilər.Sadəcə işləmək lazımdır .Dərsdən sonra günə yüz manatlıq divar hörən müəllimlər haqqında Deputat hadının dediklərini də nəzərə alsaq ixtisarlara sevinmək lazımdır.Adamlar aylıq 400-500 məvaciblə necə yaşaya bilərlər.Getsinlər pambıq yığsınlar,divar hörsünlər .Ayda 15-20 min qazansınlar

Son yazılar