Menu

Vasif Talıbov həkimlərin maaşını artırıb - 50 faiz...

25.01.2019, 20:16
Vasif Talıbov həkimlərin maaşını artırıb - 50 faiz...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Sərəncamla Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilir, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sərəncamla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsini təsdiq etmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etməli, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il iyunun 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şərur Rayon İcra Hakimiyyətinə tapşırılır ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Şərhlər

keçici qırmızı batraqlar 2019-01-25 20:16:04

Əgər XX-1 bu işlə məşğuldursa, Onda Novruz bayramı və səhiyyə bayramı- Şirmurza kimə laszımdır??????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol