Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lütvəli Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, L.Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun sabah 60 yaşı tamam olur.


Şərhlər
ALLAH xeyir verməsin.Zərdablılar gözləyirdi ki, bunu tutacaqlar.Amma sən saydıgını say gör hökumətimiz nə sayır.Bu adam 12 ildə Zərdabı xaraba qoydu.Rayonda müsrəqil bir idarə qalmadı hamısı başqa rayonlara verildi.Mənəviyyatsızlıq, pozgunluq görünməyən həddə çatdı.Bunlar cəhənnəm bu elmlər doktoru olsa da 12 ildə 1 vərəq kagızda yazılanı oxumagı öyrənə bilmədi.Dagıl ay dünya dagıl.
Vətənə,yoxsa özünə xidmət! Bir Zərdaba gəlib rayonun vəziyyətinə, işsizliyə,rüşvətxorluğa,millətin ağır vəziyyətinə baxın...