Menu

Türkiyənin Rusiyadakı səfirliyi atəşə tutuldu

18.08.2014, 10:49
Türkiyənin Rusiyadakı səfirliyi atəşə tutuldu

Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.

APA-nın İTAR-TASS-a istinadən veridyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.

İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.

Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol